“Nəzarəti gücləndirmişik” Siyasət

“Nəzarəti gücləndirmişik”

Mövlud Çavuşoğlu: "Türkmənlərə qarşı hansısa müdaxilə olarsa, hərbi əməliyyata başlayacağıq"

"İraqın şimalında yerli hökumətin keçirdiyi "referendum"la bağlı türkmən qardaşlarımıza qarşı istənilən əməli müdaxilə edilərsə, Türkiyə dərhal hərbi əməliyyata başlayacaq".
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərin "Türkiyə İraqın şimalı ilə sərhədi bağlayacaqmı" sualına cavabında bildirib.
"Biz tövsiyəmizi dostcasına bildirdik. Xəbərdarlığımız da etdik. Hazırda sərhədi bağlamamışıq. Ancaq nəzarəti gücləndirmişik. Atacağımız addımlar olacaq. İndi bəzi məsələləri dəyərləndiririk. İraqın şimalındakı yerli hökumət öz yolu ilə gedəcəyini bildirdi. Biz də onlara bunun əvəzi olacağını dedik və olacaq da",- deyə Mövlud Çavuşoğlu qeyd edib.