Hörmüz boğazında tanker minaya düşərək alovlanıb Dünya

Hörmüz boğazında tanker minaya düşərək alovlanıb

Hörmüz boğazının şərqində neft tankeri dəniz minasına düşərək yanmağa başlayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Ordusunun Hərbi Dəniz Qüvvələrinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.

"Bu gün səhər saatlarında Hörmüz boğazından şərqdə yerləşən təhlükəli və qadağan olunmuş zonada qaydaları pozan tanker dəniz minası ilə toqquşma nəticəsində alovlanıb", - deyə İranın "Tasnim" agentliyinin yaydığı məlumatda bildirilir.

İran HDQ-nin məlumatına görə, dənizçilər boğazdan şərqdəki vəziyyəti diqqətlə izləyir və nəzarətdə saxlayırlar. Qurum gəmi sahiblərinə bir daha xatırladıb ki, Hörmüz boğazından təhlükəsiz keçid silahlı qüvvələrlə əlaqələndirmə və gəmiçilik qaydalarına riayət olunmasını tələb edir.

Məryəm Quliyeva