12:14
210.jpg)
Dağıstanın Kizlyar rayonunda üçü uşaq olmaqla dörd nəfər dəm qazından zəhərlənib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.
"Qızlar rayonunun Vahid Növbətçi Dispetçer Xidmətindən (EDDS) daxil olan məlumatda bildirilir ki, Qızlar rayonunun Bondarenovskoye yaşayış məntəqəsindəki fərdi yaşayış evində 4 nəfər, o cümlədən 3 uşaq dəm qazından zəhərlənib", - deyə məlumatda qeyd olunur.
Dəqiqləşdirilir ki, 2022 və 2016-cı təvəllüdlü iki uşaq Kizlyar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onların həyatı və sağlamlığı üçün təhlükə yoxdur. "Digərlərinə isə ambulator tibbi yardım göstərilib", - deyə respublika üzrə FHN Baş İdarəsindən əlavə edilib.
Məryəm Quliyeva