15:49
238
ABŞ nümayəndəsi Cared Kuşner Vaşinqtonun sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff ilə birlikdə noyabrın 12-də Moskvaya səfər edəcəyini bəyan edib.
Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlardan sonra bildirib
"Stiv və mən sabah Moskvaya yola düşəcəyik. Orada Rusiya Prezidenti Vladimir Putinlə görüşərək bu gün müzakirə olunan mövzuları gözlədən keçirəcəyik və toxunduğumuz bəzi problemlər üzrə irəliləyiş əldə etməyə çalışacağıq", - deyə qeyd edib.
Kuşner əlavə edib ki, Moskva səfərindən sonra onlar bəzi ideyaları daha təfərrüatlı işləyib hazırlamaq üçün Dublinə yola düşərək orada Volodimir Zelenski ilə görüşəcəklər.
Məryəm Quliyeva