Prezident İlham Əliyev İliyana Yotovaya başsağlığı verib Siyasət

Prezident İlham Əliyev İliyana Yotovaya başsağlığı verib

Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli xanım Prezident,

Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".