Azərbaycanın xarici dövlət borcu bu il 8%-ə yaxın azalıb İqtisadiyyat

Azərbaycanın xarici dövlət borcu bu il 8%-ə yaxın azalıb

2026-cı il oktyabrın 31-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 481,2 milyon ABŞ dolları təşkil edib.

“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,7% azalıb.

İlin əvvəli ilə müqayisədə isə ölkənin xarici dövlət borcu 7,8% azalıb.