14:21
196
Rusiya və Ukrayna arasında əsir mübadiləsi Əbu-Dabidə keçirilən üçtərəfli görüşün nəticələrindən biri olacaq.
Xalqcebhesi.az xəbər verir ki, bunu TASS agentliyinin mənbəsi təsdiqləyib.
"Bunun nəticələrdən biri olacağı gözlənilir", - deyə mənbə müvafiq sualı cavablandırarkən qeyd edib. Başqa hansı taleyüklü qərarların verildiyi barədə suala cavab verən həmsöhbət: "Mərhələnin başa çatmasını gözləyək", - deyə bildirib.
Məryəm Quliyeva