Paris Almaniya raketləri ilə bağlı nüvə riskindən narahatdır Dünya

Paris Almaniya raketləri ilə bağlı nüvə riskindən narahatdır

Fransa Almaniyanın uzaqmənzilli raketlərdən istifadə planları səbəbindən Avropanın Rusiya ilə nüvə müharibəsinə cəlb olunacağından narahatdır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Fransa Almaniyadan Rusiya ilə olası münaqişə zamanı bu raketləri necə tətbiq edəcəyini dəqiqləşdirməyi tələb edir. Almaniya ilə yanaşı Böyük Britaniya, Polşa, Şimal və Baltikyanı ölkələr Rusiyanın dərinliklərini vurmağa imkan verən 2,000 km məsafəli adi raketlər əldə edirlər. Lakin Paris adi silahla endirilən zərbəyə cavab olaraq nüvə reaksiyasının verilə biləcəyindən və cavab məsuliyyətinin Fransanın üzərinə düşəcəyindən ehtiyat edir.

Məryəm Quliyeva