13:02
399
Əbu-Dabidə olan Ukrayna nümayəndə heyəti Rusiya və ABŞ ilə üçtərəfli formatdakı danışıqlardan sonra avropalı tərəfdaşlarla ayrıca görüş keçirməyi planlaşdırır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna nümayəndə heyətinin rəhbəri, Xarici Kəşfiyyat Xidmətinin rəisi Rüstəm Umerov məlumat verib.
"İkinci danışıqlar gününə başlayırıq. Əvvəlcə ABŞ və Rusiya ilə birlikdə üçtərəfli format. Bundan sonra avropalı tərəfdaşlarla ayrıca görüş keçirəcəyik", - deyə o, öz teleqram kanalında yazıb.
Çərşənbə axşamı Kiyev nümayəndə heyəti üçtərəfli formatda danışıqlar başlamazdan əvvəl qərb ölkələrinin nümayəndələri ilə görüş keçirmişdi.
Məryəm Quliyeva