Ukrayna 800 minlik ordu üçün 10 illik maliyyə dəstəyi istəyir Dünya

Ukrayna 800 minlik ordu üçün 10 illik maliyyə dəstəyi istəyir

Ukrayna ən azı 10 il müddətinə 800 min nəfərlik ordunu saxlamaq üçün maliyyə dəstəyi almaq istəyir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "AFP" agentliyi Ukraynanın yüksəksəviyyəli rəsmisinə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbətinin sözlərinə görə, gələcəkdə Rusiyanın ehtimal olunan hücumunu dəf etməyə qadir Ukrayna ordusunu təmin etmək üçün uzunmüddətli maliyyələşmə zəruridir.

Bu məsələ Əbu-Dabidə münaqişənin nizamlanması üzrə danışıqlar çərçivəsində müzakirə olunur.

Məryəm Quliyeva