16:08
161.jpg)
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsinə məğlubiyyətlə başlayıb.
B Liqasının 1-ci qrupunda yer alan, Elgiz Kərəmlinin rəhbərlik etdiyi yığma ilk oyununda Monteneqro ilə qarşılaşıb.
Serbiyanın Belqrad şəhərində keçirilən görüş rəqib komandanın 7:2 hesablı qələbəsi ilə başa çatıb. Belçikalı Lodar Dondtun idarə etdiyi görüşdə yığmamızın heyətində qolları 31-ci dəqiqədə Əli Əliyev, 79-cu dəqiqədə isə Məhəmməd Çodarov vurub.
Qeyd edək ki, millimiz qrupda növbəti oyunlarını noyabrın 14-də Serbiyaya, noyabrın 17-də isə Farer Adalarına qarşı keçirəcək.
13:47
588
8 Noyabr 17:04
1 743
8 Noyabr 16:35
1 652