Avropa NATO-nun alternativini yaradır Siyasət

Avropa NATO-nun alternativini yaradır

Avropa İttifaqı ölkələrinin yarıdan çoxu yaxın günlərdə "Avropa müdafiə paktı"nı – Avropada daimi strukturlaşdırılmış əməkdaşlıq haqqında sazişi (PESCO) imzalamaq niyyətlərini açıqlayacaqlar.
Bu barədə "Faynənşl Tayms" informasiya yayıb.
Layihə, silahlı qüvvələrin daha səmərəli səfərbər olması üçün Fransa və Almaniyanın təşəbbüsü ilə yaradılsa da, NATO çərçivəsində öhdəliklərin rədd edilməsi nəzərdə tutulmayıb. Noyabrın 13-də Avropa İttifaqına üzv dövlətlərin Xarici İşlər və Müdafiə nazirlərinin iclasında PESCO-ya qoşulmaq istəyən ölkələrin planları barədə rəsmi bir açıqlama veriləcək.
Layihəni dəstəkləyən ölkələrin planlarının rəsmi olaraq bu ilin dekabrında keçiriləcək Avropa Birliyi zirvəsində elan ediləcəyi gözlənilir. Təklifin qəbul edilməsi üçün birliyə üzv dövlətlərin ən azı üçdə ikisi tərəfindən dəstəklənməsi vacibdir.
PESCO tərəfdarları layihənin NATO-ya alternativ deyil, daha çox tamamlayıcı rol oynadığını qeyd edirlər. Belə ki, NATO Avropanın təhlükəsizliyi üçün əsas məsuliyyət daşıyan təşkilat olaraq qalacaq.
Qeyd edək ki, layihəni İtaliya və İspaniya kimi ölkələr də dəstəkləyib.