Kənd təsərrüfatı məhsullarının istehsalı müəssisələri üçün ƏMTQ hədləri müəyyənləşir
Balıqçılıq sahəsində nəzarət yoxlamaların dayandırılması rejiminə daxil olmayacaq
Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib - FOTO
Nəriman Həsənzadənin səhhəti ilə bağlı xəstəxana məlumat yaydı
15:07
700
IV Şuşa Qlobal Media Forumu Azərbaycanın zəfər, sülh və quruculuqla bağlı ali ideyalarını bir daha hamımıza aydın şəkildə nümayiş etdirdi.
Bunu Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşına açıqlamasında Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova IV Şuşa Qlobal Media Forumunda deyib.
O bildirib ki, bu qlobal forum bütün media nümayəndələri, jurnalistlər və iştirakçılar üçün olduqca mühüm əhəmiyyət kəsb edir.
"Bu gün biz həmçinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin ətraflı və möhtəşəm çıxışını dinlədik. Bu çıxış bu günümüzün, gələcəyimizin və Azərbaycandakı ümumi inkişafın ən vacib istiqamətlərini özündə ehtiva edir. Bu forumun işinə böyük uğurlar arzulayıram və ümid edirəm ki, gələcəkdə növbəti, yəni V Qlobal Media Forumunda da yenidən bir araya gələcəyik", - o vurğulayıb.
O deyib ki, Qarabağın tacı olan Şuşa həqiqətən də çox parlaq və gözəl bir şəhərdir: "Burada olmaqdan hər zaman böyük qürur və şərəf duyuram. Bu, mənim Şuşaya ilk səfərim deyil. Lakin bura hər gəlişimdə böyük bir heyranlıq və təəccüb hissi keçirirəm. Çünki hər dəfə Şuşada genişmiqyaslı bərpa-quruculuq işlərinin şahidi oluram. Burada sürətlə yeni binalar, mədəniyyət və təhsil ocaqları ucaldılır. Məsələn, dünən biz burada möhtəşəm "Qarabağ" küçəsini gördük. Məncə, forumun bütün iştirakçıları üçün belə bir sürətli dirçəliş xoş bir sürpriz oldu. Mənim üçün isə bu, gözlənilməz deyil, çünki mən hər gün Azərbaycanın necə gözəl bir şəkildə dəyişdiyini, inkişaf etdiyini yaxından izləyirəm. Azərbaycana və bu fəaliyyətlərə davamlı uğurlar arzulayıram".
15:17
770
15:06
805
13:29
931