“Bəziləri ildə 4-5 dəfə göndəriş vərəqəsi istəyir” Siyasət

“Bəziləri ildə 4-5 dəfə göndəriş vərəqəsi istəyir”

Azərbaycan Həmkarlar İttifaqının sədri, deputat Səttar Mehbalıyev bəzi deputatların və məmurların ondan həddən artıq istirahət mərkəzlərinə göndəriş vərəqəsi tələb etməsindən şikayətlənib.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin dünən keçirilən iclasında çıxış edən Səttar Mehbalıyev bildirib ki, bəzi deputatlar ondan hətta ildə 4-5 dəfə vərəqə istəyir.
O qeyd edib ki, bunlar arasında digər dövlət qurumlarında olan bəzi məmurlar da var: "Mən onlara izah edə bilmirəm ki, hər adama ildə bir dəfə düşür. Bundan da səmərəli istifadə etmək lazımdır. Amma təəssüf ki, hər il məndən bunu tələb edirlər".