“Ermənistanı tanımayacağıq“ Siyasət

“Ermənistanı tanımayacağıq“

"Pakistan Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini pisləyir və bu səbəbdən Ermənistanı dövlət kimi tanımaqdan imtina edib".
Bunu Pakistan Senatının sədr müavini Molana Abdul Qafur Haidari "2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ermənistan BMT-nin Azərbaycanın işğal altındakı torpaqlarını geri qaytarmaqla bağlı qərarını icra etməyənədək Pakistan öz fikrində qalacaq, çünki Azərbaycanla qardaşlıq münasibətlərinə xüsusi önəm verir.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) prezidentinin dini işlər üzrə müşaviri Əli Əbdürrəhman Al Haşim bildirib ki, bütün dünya və İslam aləmi çətin dövrdən keçir: "Bu səbəbdən insanlar arasındakı əməkdaşlıq və həmrəylik "Qurani-Kərim"də də öz əksini tapıb: "Bütün insanların həmrəy olması, sülh və əmin-amanlıq içərisində yaşamaları əsas şərtdir".
Səudiyyə Ərəbistanı İslam İşləri, dəvət və irşad nazirinin I müavini Toufik Əl-Sudeyri qeyd edib ki, İslam ölkələri ən böyük mənbələrə sahibdir: "Ölkəmiz daima açıq şəkildə öz mövqeyini ortaya qoyaraq terrorizmə, fərqli qruplaşmalara qarşı mübarizə aparıb".
77-ci Antakiya Patriarxı Mar Behar Boutrus Rai isə vurğulayıb ki, ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarı BMT-nin qətnamələrinə ziddir: "Danılmazdır ki, bu qərar yeni savaşlara səbəb olacaq".