“Moskvanın təklif etdiyi format Azərbaycana lazım deyil” Siyasət

“Moskvanın təklif etdiyi format Azərbaycana lazım deyil”

Bunu politoloq Məhəmməd Əsədullazadə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanın təklif etdiyi danışıqlar formatına münasibətində bildirib. Politoloq qeyd edib ki, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Qarabağ münaqişəsinin nizamlanması prosesində konkret təkliflərin tərəflərə təqdim etdiyini qeyd edir. Həmçinin Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin növbəti görüşünü yanvar ayında keçiriləcəyini və bu görüşdə müsbət nəticələrin olmasını gözlədiklərini necə deyərlər arzu edirlər.
İlk növbədə ona diqqət etmək lazımdır ki, tərəflərə təqdim edilən konkret təkliflər heç də münaqişənin tezliklə və mərhələli həllini özündə ehtiva etmir. İrəli sürülən konkret təkliflər, əsasən münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin intensivləşdirilməsi, münaqişə tərəflərinin təmas xəttində gərginliyin azalmasına yönəlmiş əlavə tədbirlər görməsi razılaşdırılıb. Hazırda münaqişənin irəlləyişi üçün konsensusa nail olunmayıb. Həmçinin konkret bu təkliflər münaqişə tərəflərinə ATƏT-in müşahidə missiyasının genişləndirilməsindən ibarətdir.
Göründüyü kimi, aparılan danışıqlar və növbəti XİN rəhbərlərinin yanvar görüşündə konkret təkliflər, yalnız ATƏT-in müşahidə missiyasının genişləndirilməsi və atəşkəsin qorunması və buna əməl edilməsi ilə bağlı olacaq:
"Sentyabr ayından başlayan danışıqlar prosesi, yalnız atəşkəsin qorunmasına xidmət etdi. Yanvar ayında XİN rəhbərlərinin görüşündə ərazilərin boşaldılması müzakirə predmeti olmayacaqsa, yuxarıda göstərilən prinsiplər üzrə danışıqlar davam edəcəksə, danışıqlara getmək lazım deyil. Belə bir imitasiya xarakterli danışıqlar işğalçı Ermənistanın leyhinə işləyir. Görünür, Moskva tərəfindən Azərbaycana çox ciddi təzyiqlər var. Azərbaycanı məqbul olmayan sülh razılaşmasına məcbur edirlər.
Aparılan danışıqlarda indiyə kimi nəticəsiz və "etimad mühitinin" formalaşmasına və atəşkəsin qorunmasına xidmət edib. 2018-ci il üçün Qarabağ konflikti ətrafında müzakirələr aprel ayına kimi aparılacaq. Ermənistanda hakimiyyət dəyişikliyindən sonra yenidən bu kimi danışıqlar davam edərsə, Azərbaycan mütləq şəkildə yay aylarında növbəti hərbi təzyiqləri bərpa etməlidir. Moskvanın təklif etdiyi formatda aparılan danışıqlar Azərbaycana lazım deyil. Çünki konkret şəkildə ərazilərin boşaldılmasından söhbət getmir. Əgər, ortada konkret ərazilərin boşaldılması təkliflər masada olsaydı, Ermənistan tərəfi danışıqlara qatılmayacaqdı. Rusiyanın Qarabağ konfliktində izlədiyi siyasi kurs status-kvonun qorunmasına hesablanır".