Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 1.9 mlrd. dollara çatıb İqtisadiyyat

Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 1.9 mlrd. dollara çatıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 1 milyard 880 milyon 465 min ABŞ dollarına bərabər olub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 9 ayında yeyinti məhsulları üzrə idxalın dəyəri ötən ilin analoji dövrünə nisbətən 7.1% çoxdur.

Yanvar-sentyabr aylarında qida məhsullarının ümumi ölkə idxalında çəkisi 11.21% təşkil edib.

Hesabat dövründə ölkəyə 75 milyon 768 min ABŞ dolları dəyərində 33 320 ton ət idxal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən müvafiq olaraq dəyər baxımından 16.3%, həcm göstəricisi üzrə isə 19.5% azdır.

Cari ilin yanvar-sentyabr ayları ərzində ölkəyə 21 milyon 467.8 min ABŞ dolları dəyərində ( 23.9% çox) 12 180 ton (16.8% çox) süd idxal olunub.

Ölkəyə həmçinin 136 milyon 376.7 min ABŞ dolları (10% çox) dəyərində 19 770 ton (11% azalıb) kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub.