“Atletik”in baş məşqçisi “Qarabağ”ı 9:0 məğlub edəcəklərinə dair onun adından yayılan iddialara münasibət bildirib İdman

“Atletik”in baş məşqçisi “Qarabağ”ı 9:0 məğlub edəcəklərinə dair onun adından yayılan iddialara münasibət bildirib

“Atletik”in baş məşqçisi Ernesto Valverde “Qarabağ” ilə matç öncəsi mətbuat konfransı keçirib.

Apasport.az xəbər verir ki, Valverde "Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsində 2 oyuna 6 xal qazandığını bildirib: “Açıq-aydın görürük ki, onlar liderdir, biz isə sonuncuyuq. Bu, bizim xal toplamağa başlamağımız üçün fürsətdir və biz bunu istəyirik”.

Valverde onun adından yayılan “Qarabağ”ı 9:0 hesabı ilə məğlub edəcəklərinə dair iddialarla bağlı azərbaycanlı jurnalistin sualına gülərək cavab verib: “Onlara 9:0 hesabı ilə qalib gələcəyimiz haqda deyilənlər dəhşətdir. Bunu sözlə ifadə edə bilmirəm. Onlara hörmət edirik. 1:0 normal hesab olar. Onlar sərbəst oynayan, yaxşı yarımmüdafiəsi və hücum xətti olan komandadır. Legioner oyunçuları çoxdur – braziliyalılar, kolumbiyalılar, polyaklar… Ehtiyatlı olmalıyıq. Hücumda yaxşı oynayırlar. Ölkələrinin çempionudurlar və qalib gəlmək üçün təzyiq edəcəklər. Daha çox istirahət ediblər, tez-tez heyətlərində dəyişiklik edirlər”.

Qeyd edək ki, "Atletik" - "Qarabağ" oyunu oktyabrın 22-si, Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.