Makron: Fransa suveren və azad Suriyanı dəstəkləməyə sadiqdir
FIFA Belçika Futbol Federasiyasının Folarin Baloqunla bağlı apellyasiya şikayətini təmin etməyib
“Qatar Airways”in təyyarəsi ehtiyat hava limanı kimi Bakıya eniş edib
İsrail Qəzzada HƏMAS-ın təlim bölüyünün komandirinin öldürüldüyünü açıqlayıb
21 Oktyabr 2025 17:22
3 241
Azərbaycanın çimərlik güləşçiləri Dünya Seriyasının Misirin İsgəndəriyyə şəhərində keçirilmiş final mərhələsinə çox yaxşı hazırlaşıblar.
"Report"un məlumatına görə, bu barədə turnirdə qızıl medal qazanan Vüsal Əliyev (80 kq) Bakıdakı qarşılanma mərasimində jurnalistlərə açıqlama verib.
O, yarışla bağlı fikirlərini bölüşüb:
"Bu turnirə çox yaxşı hazırlaşmışdıq. Bu il Dünya Seriyasının dörd mərhələsində iştirak etdim. Heç birindən medalsız qayıtmadım. Sonuncu final turniri idi. Burada yekun xallar müəyyənləşirdi. Ən çox xalı mən topladığım üçün qalib oldum. Bütün məşqçilərimizə təşəkkür edirəm. Növbəti ildə də bu çəkidə mübarizə aparacağam"
Dünya Seriyasının final mərhələsində bürünc medal qazanan Sahib Dadaşov (80 kq) isə ilk dəfə beynəlxalq yarışda çıxış etdiyini söyləyib:
"Çox məsuliyyətli və həyəcanlı idim. Növbəti turnirlərdə daha uğurlu olacağımı düşünürəm. Bunun üçün çox çalışmaq lazımdır".
Qeyd edək ki, Azərbaycan təmsilçiləri yarışda 2 qızıl, 1 bürünc medal qazanıblar. İbrahim Yusubov (90 kq) və Vüsal Əliyev (80 kq) qızıl, Sahib Dadaşov (80 kq) isə bürünc mükafata sahib çıxıb.