“Cənub Qaz Dəhlizi layihəsi ölkəmizin növbəti iqtisadi revanşıdır” Siyasət

“Cənub Qaz Dəhlizi layihəsi ölkəmizin növbəti iqtisadi revanşıdır”

"Son 10 ildə ölkəmiz bir sıra beynəlxalq iqtisadi layihələr həyata keçirib. Bu layihələr tək ölkəmiz üçün deyil, bütövlükdə regionun enerji təhlükəsizliyinin təminatı üçün zəruridir. Cənub Qaz Dəhlizi layihəsi də sözün əsl mənasında ölkəmizin növbəti iqtisadi revanşıdır". Bu fikirləri "Qlobal" Araşdırmalar Liqası İctimai Birliyinin sədri Azər Verdiyev səsləndirib. O bildirib ki, layihə birmənalı şəkildə regionun enerji təminatına hesablanıb: "Bu gün həm də Avropa dövlətləri alternativ enerji axtarışındadırlar. Bu mənada da ən real dövlət məhz Azərbaycandır. Əslində dünya güclərinin Azərbaycanın beynəlxalq iqtisadi layihələrinə qoşulması rəsmi Bakının mövcud gücündən xəbər verir. Bu həm də ölkəmizdə mövcud olan siyasi-iqtisadi sabitliyin ən bariz nümunəsidir. Hər bir beynəlxalq layihə ölkə iqtisadiyyatı ilə yanaşı digər sahələri də inkişaf etdirir. Bu mənada hesab edirəm ki, Cənub Qaz Dəhlizi layihəsi ölkəmiz üçün yeni imkanlar açacaq".