Putin Bakıya gəlir Siyasət

Putin Bakıya gəlir

İlin sonunadək isə Moskva Azərbaycan, İran və Rusiya prezidentlərinin iştirakı ilə üçtərəfli sammitə ev sahibliyi edəcək

Sentyabr ayının sonunda Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfərə gələcək. bu barədə Kreml başçısının beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov açıqlama verib.
O bildirib ki, bundan başqa, Moskva Azərbaycan, İran və Rusiya prezidentlərinin iştirakı ilə üçtərəfli sammitə ev sahibliyi edəcək. Tədbir cari ilin sonuna qədər baş tutacaq.
Xatırladaq ki, Rusiya, İran və Azərbaycan rəhbərlərinin ilk görüşü 2016-cı ildə keçirilib. Sonrakı sammitlər Bakıda və Tehranda baş tutub.
Onu da qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan sentyabrın 15-də Azərbaycana rəsmi səfər edəcək. Dünən isə Tehranda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin görüşü olub.