İrəvan vassallığını baha qiymətə satmağa çalışır Siyasət

İrəvan vassallığını baha qiymətə satmağa çalışır

"İrəvan dostluq adlandırdığı loyallıq və vassallığını baha qiymətə satmağa çalışır".
Bunu "Trend"ə müsahibəsində "PolitRUS" ekspert-analitik şəbəkəsinin təsisçisi Vitali Arkov deyib.
Ekspert qeyd edib ki, Yerevanın yönünü Moskvadan Vaşinqtona dəyişməsi Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də təsir göstərəcək:
"Qərb əvvəl də münaqişənin həlli prosesində iştirak edib, amma məhz Rusiya münaqişə tərəflərinin maraqlarını tam nəzərə alan real plan təklif edib. Planın tətbiq olunmasını Ermənistan tərəfi həlli mümkünsüz olan şərtlər irəli sürməklə ləngidirdi. Hazırda Yerevan öz loyallığını və vassallığını daha baha qiymətə satmağa çalışır".
Onun sözlərinə görə, aydındır ki, Ermənistan hakimiyyəti Moskvanı şantaj edir, ən azından buna cəhd göstərir.
Vitali Arkov əlavə edib ki, Nikol Paşinyanın qondarma "Dağlıq Qarabağ Respublikası"nın Ermənistanın tərkibinə qatılması barədə açıqlamasını Rusiyaya şantaj kimi dəyərləndirmək olar.