“Zatulin Rusiya Dumanın üzvü olmadığı zamanda da Azərbaycanın düşməni olub” Siyasət

“Zatulin Rusiya Dumanın üzvü olmadığı zamanda da Azərbaycanın düşməni olub”

Oqtay Əsədov: "O erməni diasporunun dəstəyi ilə Rusiya Dövlət Dumasına üzv seçilib"

"Konstantin Zatulin Rusiya Dövlət Dumasının üzvü olmadığı zamanda da Azərbaycanın düşməni olub. O erməni diasporunun dəstəyi ilə Rusiya Dövlət Dumasına üzv seçilib". Bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin dünən keçirilən iclasında çıxış edərkən deyib.
Spiker qeyd edib ki, Zatulin MDB-nin adına institut yaratmışdı ki həmin institut erməni diasporu tərəfindən maliyyələşir: "Lazerev klubun"un üzvü olan Vladimir Yevseyev adında biri var. Mən həmin siyahıya baxanda burada ruslardan başqa bütün Rusiyada olan erməni mənşəli adamların adını gördüm. Lazerevin özü də ermənidir. Məsələ bizə aydındır.Belə cılız münasibətlərlə Rusiya Azərbaycan münasibətlərini pozmaq mümkün deyil". Oqtay Əsədov məsələ ilə bağlı Rusiya Dövlət Dumasının sədri Vyaçislav Volodinə müraciət etdiyini bildirib: "Mən Rusiya Dövlət Dumasının sədri Volodinə məktub yazmışam. Yəqin ki, bir ölçü götürüləcək".
Qeyd edək ki, Ermənistan və Rusiya KİV-ləri bu ilin 30 noyabr – 1 dekabr tarixlərində İrəvanda keçirilmiş Rusiya-Ermənistan "Lazerev klubunun" birinci iclası barədə məlumatlar yayıb.
Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı etiraz bəyanatı yayıb.