“Azərbaycanın Avrasiya İttifaqında iştirakı olmadan...” Siyasət

“Azərbaycanın Avrasiya İttifaqında iştirakı olmadan...”

Erməni politoloq: "...Ermənistanın üzvlüyü heç bir məna kəsb etmir"

"Ermənistanın Avrasiya İqtisasi İttifaqına (Aİİ) daxil olmasında əsas maneə Dağlıq Qarabağdır və istisna edilmir ki, ilin sonuna kimi Ermənistanın ittifaqa daxil olması barədə anlaşma imzalanmayacaq."
"Armenia Today"in xəbərinə görə, bu barədə Avrasiya İttifaqının Moskva İnstitutunun baş direktoru Vladimir Lepexin məlumat verib.
O deyib ki, Ermənistanın bu ittifaqa daxil olması barədə anlaşmanın imzalanmasının gecikməsi fonunda Ermənistan ekspert cəmiyyətində Aİİ daxil olma məsələsində Moskvanın Azərbaycanla da danışığa can atmasından narahatlıq ifadə edilir və bu danışıqlarda Dağlıq Qarabağ xırda pul rolu oynaya bilər.
V.Lepexin daha iki nəzərə çarpacaq bəyanat verib. O, ilin sonuna kimi Ermənistanın Aİİ-yə daxil olmasına dair anlaşmanın imzalanmayacağını istisna etməyib. Bundan başqa, yaxın zamanlarda Ermənistan və Rusiya prezidentlərinin Ermənistanın Aİİ-yə daxil olması məsələsi üzrə görüşünün baş tutacağını hesab etdiyini bildirib.
"Azatutyun" Radiosundan müsahibəsi zamanı Ermənistan siyasi və beynəlxalq araşdırmalar mərkəzinin eksperti Ruben Meqrabyan da Ermənistanın Aİİ ilə ümumi sərhədi olmadığını, Gürcüstan tərəfindən Avropa İttifaqı ilə assosiasiya barədə anlaşma imzalandıqdan sonra İrəvanın Aİİ daxil olmasının daha problematik olacağına işarə edib: "Azərbaycanın Aİİ-yə üzvlüyü olmadan Ermənistanın üzvlüyü heç bir məna kəsb etmir. Asılı vəziyyətdə qalan Ermənistan, bu Azərbaycanın Aİİ-yə cəlb edilməsi üçün istifadə edilən və istifadə ediləcək əsas alətdir."