DSX sədri Ermənistanla dövlət sərhədindəki mövqelərdə olub Siyasət

DSX sədri Ermənistanla dövlət sərhədindəki mövqelərdə olub

31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni il bayramı ərəfəsində dövlət sərhədinin bilavasitə mühafizəsini həyata keçirən sərhəd bölmələrində Dövlət Sərhəd Xidmətinin rəhbər heyətinin sərhədçilərlə görüşməsi, xidməti və məişət şəraitlərinə baxış keçirilməsi, şəxsi heyəti qarşıdan gələn bayram münasibətilə təbrik etməsi ənənəsi davam etməkdədir.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax" sərhəd dəstəsinin Ermənistanla dövlət sərhədində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələrində olmuş, təmas xəttində döyüş tapşırığını ye-rinə yetirən hərbi qulluqçularla görüşmüşdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməkdən qürur duyan və xüsusi hazırlıq keçmiş heyət sırasında olmaları ilə fəxr edən sərhədçi hərbi qulluqçular düşmənin hər hansı təxribatının qarşısını almaq üçün daima hazır olmalarını məruzə etmiş, döyüş ruhlarının yüksək olmasını nümayiş etdirmişlər.
Dövlət Sərhəd Xidmətinin rəisi "Qazax" sərhəd dəstəsinin xidməti ərazisindəki əməliyyat şəraiti, həmçinin ərazi müdafiəsinin və sərhəd mühafizəsinin gücləndirilməsi məqsədilə görülən işlər haqqında Sərhəd Qoşunları Komandanının və digər rəhbər vəzifəli şəxslərin məruzələrini dinləmiş, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarının ən yüksək səviyyədə icra edilməsi, döyüş hazırlığının daha da gücləndirilməsi, şəxsi heyətin döyüş ruhunun və vətənpərvərlik hislərinin yüksəldilməsi, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin yerli orqanları, Müdafiə Nazirliyinin xidməti ərazidə dislokasiya olunmuş hərbi hissə və birləşmələri ilə qarşılıqlı əlaqələrin daha yüksək səviyyədə təşkil olunması, Qazax və Ağstafa rayonlarında yerli icra hakimiyyəti orqanları və vətəndaşlarla münasibətlərinin genişləndirilməsi istiqamətində göstərişlərini vermişdir.
General-polkovnik Elçin Quliyev Qazax və Ağstafa rayonlarının əra-zisində ərazi müdafiəsinin təkmilləşdirilməsi ilə yanaşı müasir sərhəd mü-hafizə infrastrukturunun yaradılması, sərhəd komendantlıqlarında və sər-həd döyüş məntəqələrində tikilən yeni xidməti binaların və əsgər kazar-malarının inşa vəziyyəti, məntəqələrdə quraşdırılmış modul tipli binalarda, səhra mətbəxlərində və səhra hamamlarında yaradılmış şəraitlə tanış olmuş, sərhəd döyüş məntəqələrinə yeni yolların salınması, sənaye işığının və qaz xətlərinin çəkilməsi məqsədilə görülən işlərin gedişatını yoxamışdır.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev sər-həd döyüş məntəqələrində xidmət-döyüş fəaliyyətinin təşkilində fərqlənmiş hərbi qulluqçuları təltifləndirmiş, şəxsi heyətlə birgə nahar etmiş, qarşıdan gələn dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni il bayramı münasibətilə sərhədçiləri təbrik etmiş, çətin və məsuliyyətli, ağır olduğu qədər də şərəfli xidmətlərində uğur və müvəffəqiyyətlər arzulamışdır.