“Xarici qüvvələr diktə edən kimi‚ buradakı xidmətçiləri dərhal hərəkətə keçir” Siyasət

“Xarici qüvvələr diktə edən kimi‚ buradakı xidmətçiləri dərhal hərəkətə keçir”

Mirsamir Məmmədov: "Biz artıq neçə müddətdir ki, xaricdəki "söyüş çetesi"nin timsalında ölkəmizə qarşı xain və məkrli qüvvələrin iyrənc siyasətini görürük"

Radikal müxalifət düşərgəsinin uğursuzluğa düçar olmasının səbəbi ortada vahid ideologiyanın olmaması, hər şeyin korporativ maraqlar üzərində qurulmasıdır. Bu da zaman-zaman bu düşərgədə parçalanmalara, qarşılqılı ittihamlara, təhqirlərə və son nəticədə bölünmələrə gətirib çıxarıb.
"Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev bildirdi ki, özünü demokratik qüvvələr adlandıran radikal müxalifət düşərgəsində qarşılıqlı ittihamlar, təhqirlər uzun illərdir ki davam edir: "Bu intiriqalardan heç bir zaman qaça bilməyiblər. Son illər bu intriqalara yeni yaranmş "Real Hərəkatı" ilə münasibətlər də əlavə olunub. Medianı, sosial şəbəkələri izləyəndə bu intriqaları açıq şəkildə görmək imkanına malikik. Təbii ki, elektorat da bunları izləyir. Ölkədəki problemləri həll etmək iddiasında olan qüvvələrin öz aralarındakı problemləri həll edə bilməməsi əhalinin siyasi baxışlarına təsir edir. Bütün bunlar da radilkal müxalifətin siyasi dayaqlarının çox zəif olmasında əsas rol oynayan faktorlara çevrilib. Onların müxalifətdə olduqları müddətdən artıq 25 il keçir, amma yenə də öz aralarında olan bu problemləri həll edə bilmirlər. Bir birini qəbul edə bilməmək problemləri var, bir birinə nifrət edirlər ki, bütün bunlar da proseslərdə özünü çox qabarıq şəkildə nbümayiş etdirir. Təbii ki, bütün bunlar onların siyasi perspektivlərinə çox mənfi təsir edir. Onlar seçicilərin gözündən düşür və qeyri ciddi imic qazanırlar".
Politoloq Mirsamir Məmmədov diqqətə çatdırdı ki, son zamanlar radikal müxalifətin sürətlə aktivləşməsi xarici amillərlə bağlıdır. Onun fikrincə, hər zaman belə olub: "Xarici qüvvələr diktə edən kimi‚ buradakı xidmətçiləri dərhal hərəkətə keçir. Biz artıq neçə müddətdir ki, xaricdəki "söyüş çetesi"nin timsalında ölkəmizə qarşı xain və məkrli qüvvələrin iyrənc siyasətini görürük. Birmənalı olaraq hazırda Azərbaycana qarşı mənfur kampaniyalar aparılır. Hər cür qara yaxma işi həyata keçirilir‚ ölkəmizə qarşı şər və böhtan dolu ittihamlar səsləndirilir. Xaricdəki şər maşını bu mexanizmanı‚ yəni Azərbaycan dövlətini ləkələmək və daha dəqiq desək dövlətçiliyimizi zədələmək‚ ölkədə asayişi pozmaq və həmçinin təxribat yaratmaq siyasətini artıq ölkə daxilində də həyata keçirtməyə çalışırlar. Məqsəd Azərbaycandakı sabitliyi və təhlükəsiz həyat mühitini pozaraq güclü təxribat yaratmaq‚ ölkədə qarışıqlıq salmaqdır. Məhz bu məqsədlə hər zamankı kimi radikal müxalifət‚ özünü Milli Şura adlandıran siyasi sekta xaricdəki mənfur qüvvələrin buradakı hərəkət mexanizmi rolunu oynayır. Bu işin baş aktyoru Milli Şuranın rəhbərliyini koordinasiya edənlərdir. Əlbəttə radikal müxalifəti‚ özünü Milli Şura adlandıran siyasi sektanı idarə edənlər ilk növbədə erməni lobbiləri və erməni lobbilərinə yaxınlığı və sevgisi ilə seçilən məhz ermənipərəst dairələrdir. PİN‚ NEED‚ Amnesty İnternational‚ Human Rights Watch‚ Avropa Parlamenti‚ ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları təşkilatı və ən əsası isə Soros Fondu Azərbaycanda özünü müxalifət adlandıran radikallara göstəriş verən qurumlardır. Bu adını qeyd etdiyim dairələr hər zaman ölkəmizə barışmaz, düşmənçilik mövqeyi ilə tanınıblar və mütamadi olaraq Azərbaycana qarşı qərəzli və saxta ittihamlar səsləndiriblər. Çünki bu adı çəkilən mərkəzlər daim ermənipərəstliyi ilə seçiliblər". Onun sözlərinə görə, Azərbaycana qarşı münasibətdə də hər zaman erməni maraqlarını qorumağa çalışıblar: "Bu qüvvələrlə əməkdaşlıq etmək erməni lobbiləri ilə əməkdaşlıq anlamındadır. Çünki Azərbaycana qarşı bu bəlli qüvvələrin bu qədər kəskin düşmənçilik siyasəti onların yüksək erməni sevgisindən qaynaqlanır. Avropa Parlamentinin də bir neçə gün əvvəl ölkəmizə qarşı qəbul etdiyi saxta və əsassız ittihamlardan ibarət qərəzli anti-Azərbaycan qətnaməsi də ermənipərəstliyin açıq təzahürüdür. Ölkəmizi beynəlxalq arenada nüfuzdan salmaq dövlətimizin imicinə zərbə vurmaq bu qüvvələrin hazırda illərdir çalışıdığı ən prioritet mövzularıdır. Bütün imkanlarını səfərbər edərək buna çalışmaqdadırlar. Bu məqsədlə də hər yola əl atılır. İllərdir biz qüvvələri bu iyrənc anti-kampaniyaları davam etdirdiyini görürük. Azərbaycanda qarışıqlıq yaratmaq üçün də mütamadi olaraq radikal müxalifəti hazırlayıb meydanlara çıxmasını diktə edirlər".
Onun sözlərinə görə, amma bir önəmli bir məsələ var ki‚ bunu nəzərdən qaçırmaq olmaz: "Radikal müxalifətin daxilindəki hər kəsi şəxsi maddi maraq düşündürdüyü üçün onlar ancaq gələn qrantı bölüşdürməyə can atırlar. Təbiiki pul bölgüsü səbəbindən hər zaman öz aralarında gərgin mübahisə var və bu mübahisə daim özləri arasında xaricdən gələn qrantları bölüşdürmək uğrunda mübarizə gedir. Bu da onların hansı əqidəyə və hansı ideologiyaya sahib olduqlarını göstərir. Sağlam əqidə olmayan yerdə‚ vətənpərvərlik hisslərinin yad olduğu bir yerdə hər zaman şəxsi və maddi maraqlar üzərində belə desək "qırğın" getməlidir. Çünki onların məqsədi ölkədə çaxnaşma və təxribat yaradıb xaricdən pul almaqdır və də xaricə köç etməkdir. Məqsədləri budur və bu amala qulluq edirlər. Şəxsi maraqlar olan hər yerdə də mütləq mübarizə və savaş olacaq. Radikal müxalifətin daxilindəkilər hər zaman belə olub‚ xaricdən gələn pulların bölüşdürülməsi uğrunda daim bir birini təhqir ediblər. Korporativ maraqlar maraqlar öndə olan düşüncə daşıyıcılarına dövlət maraqları yaddır. Ön plana çıxan şəxsi mənafe, mənəm mənəmlik, boyu aşan iddia hər zaman qarşıdurmaya səbəb olur ki, bu da zaman zaman radikal müxalifət düşərgəsində parçalanmalara gətirib çıxarır. Nə qədər bu düşüncə var, fiasko qaçılmazdır".