“Həmin qüvvələr yenə də iş başındadırlar” Siyasət

“Həmin qüvvələr yenə də iş başındadırlar”

Əflatun Amaşov: "Azərbaycanla Gürcüstanın yüksək qonşuluq əlaqələri olsa da buna qarşı hələ də fəaliyyət göstərən qüvvələr var"

"Azərbaycanla Gürcüstanın yüksək qonşuluq əlaqələri olsa da, buna qarşı hələ də fəaliyyət göstərən qüvvələr var". Bunu Milli Məclisin iclasında deputat Əflatun Amaşov Gürcüstanda Azərbaycan torpaqlarının işğalında iştirak etmiş cinayətkar erməni terrorçusu Mixail Avaqyana abidə ucaldılması məsələsinə toxunarkən deyib.
Əflatun Amaşov əmin olduğunu bildirib ki, bu abidənin ucaldılmasından Gürcüstan hökumətinin bundan məlumatı olmayıb: "Həmin qüvvələr yenə də iş başındadırlar. Hələ 2006-cı ildə Axalkalakidə başqa bir erməni terrorçusuna heykəl qoymuşdular. İndi isə bu addımı atdılar. Həmçinin Nəriman Nərimanovun Marneulidəki abidəsinə qarşı hörmətsizlik edildi. Ona görə də hesab edirəm ki, bu hallar tezliklə aradan qaldırılmalıdır".