MM-in fevral və mart aylarında neçə iclası olacaq? Siyasət

MM-in fevral və mart aylarında neçə iclası olacaq?

Milli Məclisin fevral və mart aylarında keçiriləcək iclaslarının vaxtı bəlli olub.
Milli Məclisdən verilən məlumata görə, fevral ayında parlamentin daha iki iclası keçiriləcək.
Belə ki, fevralın 12-i və 22-də Milli Məclisin növbəti plenar iclaslarının keçirilməsi nəzərdə tutulub.
Mart ayının 5-də və 15-də isə parlamentin növbəti plenar iclaslarının keçirilməsi gözlənilir.
Martın 15-də keçiriləcək plenar iclasda Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatı dinləniləcək.
Qeyd edək ki, fevralın 1-də Milli Məclisin yaz sessiyasının ilk iclası keçirilmişdi. İclasın gündəliyinə 38 məsələ daxil edilmişdi.