
ABŞ-da yaşayan türk politoloq: "Qarabağ münaqişəsinin əsas açarı Kremlin əlindədir və danışıqlar da Rusiya ilə aparılmalıdır"
Unutmaq olmaz ki, Qafqaz bölgəsinə Rusiyanın təsir imkanları böyükdür və Rusiyasız bölgəni təsəvvür eləmək olduqca çətindir. Üüz illərdir ki, Rusiya bu bölgədədir. Üstəlik, Rusiyanı bu bölgə ilə strateyi və s. maraqları birləşdirir.
Bu fikirləri BayMedia-ya açıqlamasında ABŞ-da fəaliyyət göstərən Türk Sülh və Ədalət Təşkilatının rəhbəri, politoloq Karahan Mete deyib.
Politoloq hesab edir ki, bundan sonra Rusiyanın bölgədə görməmək böyük yanlışlıq olardı: "Hələ bundan sonra da, Rusiyanın bölgədə mövqeyi güclü olaraq qalacaq. Bu gün ola bilər ki, bu fikirlərim bəzi insanların xoşuna gəlməsin, amma Rusiya ilə balans qorunub saxlanılmalıdır".
Karahan Metenin qənaətinə görə, Azərbaycan hakimiyyəti vəziyyəti düzgün qiymətləndirir və ona uyğun addımlar atır: "Rusiya Azərbaycanın qonşusudur. Əslində, Amerika və Qərbdə də yaxşı bilirlər ki, Qarabağ münaqişəsinin əsas açarı Kremlin əlindədir. Əsas danışıqlar da Rusiya ilə aparılmalıdır. Çünki digər dövlətlərin başı başqa bölgələrə qarışıb. Hazırda Cənubi Qafqaz bir az arxa plandadır. Amma bu o demək deyil ki Cənubi Qafqaza diqqət yoxdur".
Türk Sülh və Ədalət Təşkilatının rəhbəri Azərbaycanın daha da güclənməsinin vacib olduğunu vurğulayıb: "Azərbaycan hərbi potensialını, iqtisadiyyatını elə bir səviyyə çatdırmalıdır ki, Ermənistan hakimiyyəti proseslərin nə üzrə getdiyini görməlidir. Düzdür, Azərbaycanın hərbi və iqtisadi imkanları Ermənistandan dəfələrlə çoxdur, amma bununla yanaşı, Azərbaycan beynəlxalq arenada daha çevik diplomatiya yürütməlidir. Bir də münaqişənin sülh yolu ilə həllinə çalışmaq lazımdır".
Politoloq qeyd edib ki, münaqişənin həlli ilə bağlı danışıqlar prosesinə həddindən artıq çox zaman sərf olunub: "Azərbaycan Ermənistana işğal etdiyi torpaqları tərk etməsi üçün konkret bir tarix verməlidir. Əgər ermənilər bu tarixə qədər torraqları tərk etməsələr, Azərbaycan güc tətbiq edib, öz torraqlarını azad etməlidir. Bu olmasa, görüşlərin keçirilməsinin heç bir məna və əəmiyyəti yoxdur. Danışıqlara yetərincə zaman ayrılıb və buna son qoyulmalıdır".
Elnur Eltürk