İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
14 Oktyabr 2025 17:41
1 904
Dağıstanda Milli Qvardiyanın zabitləri ağır qəzaya düşüb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Telegram 112 kanalı məlumat yayıb.
"Bu gün saat 15:00 radələrində Untsukulski rayonunda yük maşını aşıb. 112-nin məlumatına görə, içəridə Milli Qvardiyanın əməkdaşları olub", - məlumatda deyilir.
Telekanalın məlumatına görə, insident nəticəsində iki hüquq-mühafizə orqanı əməkdaşı həyati təhlükəsi olan xəsarətlər alıb, daha 11 nəfər yaralanıb. Feldşerlər onlara hər cür köməklik göstərirlər. Hadisə yerində xilasedicilər işləyir. Hazırda qəzanın səbəbləri müəyyənləşdirilir.
Məryəm Quliyeva