

Azərbaycan Xarici İşlər Nazirinin müavini və “COP29”-un baş danışıqçısı Yalçın Rəfiyev “COP29” zamanı başladılan "Bakıdan Belemə 1,3 trilyon dollara doğru" yol xəritəsi üzrə yenilənməni təqdim edib.
APA xəbər verir ki, bu barədə “COP29”un “X” səhifəsində məlumat verilib.
“Sədrlər inkişaf etməkdə olan ölkələr üçün iqlim tədbirlərinin maliyyələşdirilməsini 2035-ci ilədək azı 1,3 trilyon dollara qədər artırmaqlaəlaqədar yol xəritəsinin hazırlanması məqsədilə bütün maraqlı tərəflərlə aparılan məsləhətləşmə prosesinin inklüziv xarakterini vurğulayıblar" məlumatda bildirilib.