Tənzilə Rüstəmxanlı: “Türkiyənin iştirakı sülhü yaxınlaşdıra bilər” Dünya

Tənzilə Rüstəmxanlı: “Türkiyənin iştirakı sülhü yaxınlaşdıra bilər”

“ABŞ prezidenti Donald Tramp Şarma Şeyxdə keçirilən Yaxın Şərq sülh sammitində bildirib ki, Türkiyə prezidenti Rusiya və Ukrayna arasındakı münaqişənin həllində vasitəçi rol oynaya bilər”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlaması zamanı millət vəkili Tənzilə Rüstəmxanlı bildirib.

Onun fikirlərinə görə, Trampın bu fikirləri dünya ictimaiyyəti üçün maraqlıdır və Rusiya-Ukrayna müharibəsinin mürəkkəb və çətin mərhələdə olduğunu göstərir: "ABŞ-ın Ukraynaya xüsusi qanadlı raketlər göndərməsi və Rusiyaya qarşı istifadə olunması məsələləri müzakirə olunur və münaqişənin yaxın zamanda siyasi həllinin görünmədiyi təəssüf doğurur”.
Millət vəkili əlavə edib: “Əgər Türkiyə müharibənin dayandırılmasında rol oynayacaqsa, bu, bütün dünya üçün müsbət siqnal olacaq. Rusiya-Ukrayna müharibəsi təkcə NATO-Rusiya qarşıdurması deyil, bütün Avrasiya regionunu və dünya iqtisadiyyatını təsir altına alır. Türkiyənin və digər tərəflərin vasitəçilik funksiyası müharibənin sona çatmasına töhfə verə bilər və dünya ictimaiyyəti də bunu dəstəkləyir”.

Günel Elxan