

"Araz dəhlizi çox unikal infrastruktur layihəsidir".
Bunu APA-nın İrana ezam olunmuş əməkdaşının sualına cavabında Baş nazirin müavini Şahin Mustafayev deyib.
Baş nazirin müavini bildirib ki, Ağbənd-Kəlalə körpüsünün tikintisi bu ilin sonunadək başa çatacaq: “Sərhəd və gömrük infrastrukturunun müvəqqəti qaydada quraşdırılması, açılışı Novruz bayramınadək olacaq. Beləliklə, bu infrastruktur üzərindən beynəlxalq tranzit başlayacaq”.