Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
14 Oktyabr 2025 16:23
2 674
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 861,9 min ton dizel yanacağı istehsal edilib.
Xalqcebhesi.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin yanvar-sentyabr aylarının göstəriciləri ilə müqayisədə 6,2 % çoxdur.
Ümumilikdə, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalın ümumi dəyəri 4 milyard 047,3 milyon manat təşkil edib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,4 % azalıb.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 57,6 min ton mazut istehsal edilib. Bu göstərici 2024-cü ilin ilk 9 ayının göstəriciləri ilə müqayisədə 2,1 dəfə çoxdur.
Bu müddət ərzində Azərbaycanda 1 milyard 081,3 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu göstərici də 2024-cü ilin ilk 9 ayının göstəriciləri ilə müqayisədə 1 % azdır.
Hesabat dövründə 27,3 min ton sürtkü yağları, 190,9 min ton neft bitumu istehsal edilib. Ötən ilin ilk 9 ayı ərzində Azərbaycanda sürtkü yağlarının istehsalı 44,7 %, neft bitumunun istehsalı isə 9,9 % azalıb.
Həmçinin, hesabat dövründə ölkədə 169,2 min ton maye qazlar, 518,8 min ton ağ neft, 170,4 min ton neft koksu istehsal edilib. Son bir ildə Azərbaycanda maye qazların istehsalı 11,8 %, neft koksunun istehsalı 8,5 %, ağ neftin istehsalı isə 5,3 % artıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, "Azərikimya" İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.
25 Sentyabr 18:39
623
25 Sentyabr 18:38
567
25 Sentyabr 17:34
581