Yəmənin üçüncü ən böyük şəhəri husilər tərəfindən mühasirəyə alınıb
17 Oktyabr 17:49
17 Oktyabr 17:49
16 Oktyabr 17:33
14 Oktyabr 2025 16:36
3 059.jpg)
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 360,3 min ton həcmində metanol (metil spirit) istehsal olunub.
Xalqcebhesi.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2024-cü ilin 9 ayı ilə müqayisədə 7,1 % azdır.
Bu il oktyabrın 1-nə 38,2 min ton hazır məhsul qalığı yaranıb.
Qeyd edək ki, Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın törəmə müəssisəsi - "SOCAR Metanol" MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.
17 Oktyabr 10:00
1 141
17 Oktyabr 09:58
1 106
16 Oktyabr 18:40
1 414