“Nikolun sözünə fikir verməyin...” Siyasət

“Nikolun sözünə fikir verməyin...”

Paşinyan hazırda iki sərhəddə fəaliyyət göstərir. Qarabağ məsələsi, onun statusunun müzakirə edilmədiyi daxili siyasətdə ultramillətçilikdən istənilən imtina hər zaman çətin olub. Ermənistanda Qarabağdan olanların hələ də hakimiyyətdə olması nəzərə alınarsa, o zaman Qarabağ məsələsi ətrafında millətçi ritorikanın hər zaman vacib alət olduğunu deyə bilərik. Ona görə də heç kim bu məsələni daha diqqətli şəkildə ortaya çıxara bilməyib. Paşinyan müasir Ermənistanda bu populistik anı nəzərə almağa məcburdur. O öz xalqı üçün müəyyən sözlər ifadə etməyə məcburdur. Onun hakimiyyətdə olması daha çox populist, millətçi əhval-ruhiyyədən asılıdır.
Bunu "Moskva-Bakı" portalına müsahibəsində rusiyalı filosof və ideoloq Aleksandr Duqin deyib. Onun sözlərinə görə, geosiyasətdə ölkənin daxili faktorları daha az nəzərə alınır və dominantlıq etmir:
"ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən bəyan edilib ki, Ermənistan və Azərbaycan liderləri görüş üçün razılıq veriblər. Bununla Paşinyan ikitərəfli formatda, ilkin şərt olmadan danışıqlara gedir. Bu, Qarabağ prosesində yaxşılığa doğru irəliləyişi sübut edir. Mənim fikrimcə, Paşinyanı dinləmək lazım deyil, daha çox onun fəaliyyətinə baxmaq lazımdır. Əgər Paşinyan görüşə həqiqətən razılıq veribsə, bu o deməkdir ki, o, ritorikasına rəğmən məsələnin rasional həllinə doğru hərəkət edir, görüşə hazırlaşır və yol xəritəsini müzakirə edir. Bu isə çox şeydən xəbər verir. Əgər Ermənistan baş naziri öz dövlətinin məsuliyyətli başçısı kimi İrəvan üçün fundamental geosiyasi proseslərdə rasional yanaşma ilə iştirak etməyib, populist nöqteyi-nəzərdən çıxış etsə və millətçiliklə alovlandırılmış yerli əhalinin arzularını təmin etməyə çalışsa, sadəcə hakimiyyətini itirəcək".
Duqin Paşinyanın danışıqlara qatılacağı halda özünün rasional siyasətçi simasını nümayiş etdirəcəyinə ümid etdiyini bildirib:
"Bu gün Ermənistan baş nazirinin şeytanlaşdırılması, sözlərinə nəzər yetirilməsi yerinə, onun fəaliyyətlərinə baxardım. Xatırladıram ki, hakimiyyətə gələndən sonra Paşinyan Rusiyaya və Azərbaycana münasibətdə kifayət qədər narahat jestlər nümayiş etdirdi, o cümlədən Serj Sərkisyanın dönəmində Dağlıq Qarabağ ətrafında 5 işğal edilmiş rayonun qaytarılmasıyla bağlı əldə edilmiş razılaşmanı icra etmək istəmədi. İndi situasiya dəyişə bilər. Rusiya üçün vacib olan konflikt tərəflərinin bir-biriylə hesab çürütməsi yox, sülh əldə etməsidir. Əgər Paşinyan rasional və məsuliyyətli yanaşma nümayiş etdirsə, bunu alqışlamaq və dəstəkləmək lazımdır. Hər vasitə ilə Azərbaycan və Ermənistan rəhbərlərinin ictimai səviyyədə görüşünü dəstəkləmək və hazırlamaq lazımdır. Xalqlara anlatmaq lazımdır ki, sülh mümkündür. Bəli, şərtlər çox çətindir. Bu ən çətin geosiyasi konfliktlərdən biri olsa da, burada sülh mümkündür".