

12 Sentyabr 15:00
12 Sentyabr 13:26
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
2019-2025-ci illərdə sosial xidmətlərin inkişafına dair Milli Strategiya hazırlanır və bu sənəd layihəsi müvafiq qurumlarla razılaşdırılmaqdadır.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov "Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda 10 qeyri-dövlət mərkəzi akkreditə olunub. Onlardan 6-sı Bakıda, 3-ü Gəncədə, 1-i Sumqayıtdadır. Bu mərkəzlərdə 1200-ə yaxın şəxsə sosial xidmətlər göstərilir.
Nazir müavini hesab edir ki, regionlarda da bu mərkəzlərin yaradılmasına ehtiyac var:
"Zorakılıq halları yalnız böyük şəhərlərdə deyil, regionlarda, ucqar kəndlərdə də baş verir. Bu baxımdan bütün ölkədə qadınların ailələrdə sosial müdafiəsi gücləndirilməlidir. Son zamanlar qadınların biznes sahəsindəki fəallığını nəzərə alaraq, onların biznes imkanlarının əlçatanlığı üçün şərait yaradılmalıdır".