"Fənərbaxça"nın prezidenti Sadettin Saran yol qəzasına düşüb
SEPAH sabahdan regionda ABŞ-a bağlı İT şirkətlərini vuracağı ilə bağlı xəbərdarlıq edib
“Neftin qiymətinin artmasının Azərbaycana təsiri ikili xarakter daşıyır”
Çin və Pakistan Yaxın Şərqdəki müharibə ilə bağlı 5 maddəlik sülh təşəbbüsünü təqdim edib
18 Sentyabr 2019 12:19
3 808
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının fövqəladə və səlahiyyətli səfiri cənab Ceyms Layl Şarpa təbrik məktubu göndərib. Məktubda deyilir:
Hörmətli cənab Səfir,
Sizi Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyətə başlamağınız münasibəti ilə təbrik edir, fəaliyyətinizə uğurlar diləyirəm.
Ümid edirəm ki, fəaliyyətdə olduğunuz dövrdə Böyük Britaniya-Azərbaycan münasibətlərinin inkişafına öz töhfənizi verəcək, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) ilə yaxından əməkdaşlıq edəcək, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri olan dövlətin səfiri kimi Azərbaycan Respublikasının Ermənistanın silahlı qüvvələrinin işğalı altında olan ərazilərinin azad edilməsinə, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında ədalətli həllinə, ölkəmizdə həyata keçirilən islahatlara ciddi dəstək verəcəksiniz”.