 
                
                Polşa Avropa İttifaqından çıxmaq imkanını qəbul edib
31 Oktyabr 17:08
 
                
                31 Oktyabr 17:08
 
                
                31 Oktyabr 16:39
 23 Sentyabr  2019 17:23
23 Sentyabr  2019 17:23 4 445
4 445
Rusiya XİN: “Xəzərdə təhlükəsizliyin təmin olunması əlavə hüquqi tədbirlər tələb etmir”
“Xəzər regionunda təhlükəsizliyin təmin olunması üçün bütün hüquqi vasitələr mövcuddur və yeni vasitələrin yaradılmasına ehtiyac yoxdur”. 
Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov deyib. 
“Xəzər dənizində regionun təhlükəsizliyinin təmin olunması üçün bizdə kifayət qədər mexanizmlər mövcuddur. “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyadan əlavə, bizim təhlükəsizliyin təmin olunması sahəsində əməkdaşlığa dair hazırda qüvvədə olan razılaşmamız mövcuddur. Ötən il Xəzər sammitində bir sıra protokollar, o cümlədən terrorizmlə mübarizə sahəsində əməkdaşlığa dair protokol imzalanıb”, -  deyə İqor Bratçikov bildirib. 
Səfir qeyd edib ki, Xəzəryanı dövlətlər regiondan kənar qüvvələrin təsirlərinə baxmayaraq, mürəkkəb beynəlxalq məsələləri həll etmək qabiliyyətində olduğunu nümayiş etdiriblər. 
Qeyd edək ki, uzun sürən danışıqlardan sonra ötən ilin avqustunda Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlət başçılarının V Zirvə toplantısında “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanıb. Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani, Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıblar.  
Bu ilin fevral ayında Azərbaycan Milli Məclisi “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı təsdiq edib.  
Ötən həftə isə Rusiya Dövlət Duması “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı təsdiqləyib. 
 
 31 Oktyabr 20:42
31 Oktyabr 20:42 931
931 31 Oktyabr 20:26
31 Oktyabr 20:26 896
896 31 Oktyabr 20:25
31 Oktyabr 20:25 952
952 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
        
         
                     
                     
                     
                    