İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
27 Sentyabr 2019 15:23
2 401
Qərbi Kaspi Universitetində dünya şöhrətli professor, həkim Reinhard Büchselin mühazirəsi olub. Universitetin rektoru professor Andris Leitas qonağı təqdim edərək bildirib ki, ötən illərdə olduğu kimi, bu tədris ilində də Qərbi Kaspi Universitetində dünyanın tanınmış alimlərinin, mütəxəssislərinin mühazirələri, seminarları olacaq. Rektor tələbələrə bu imkanlardan istifadə etməyi, dünya elminin son yeniliklərini izləməyi tövsiyə edib.
"Enerji metabolizmi" mövzusuna həsr olunan mühazirədə Reinhard Büchsel sağlam həyat tərzinin əsas şərtləri, insan sağlamlığında metabolizmin yeri, orqanizmdə gedən kimyəvi reaksiyaların məcmusu və s. barədə elmi və praktiki məlumatları diqqətə çatdırıb, dünya tibb elmində bu sahə ilə bağlı əldə olunmuş ən son yenilikləri şərh edib.
Daha sonra qonaq tələbələri maraqlandıran sualları cavablandırıb, onlarla fikir mübadiləsindən məmnunluğunu dilə gətirib.
16 Yanvar 18:35
1 561
16 Yanvar 17:57
1 547
16 Yanvar 17:31
1 519