11:50
1 393.jpg)
Misilsiz təhlükəsizlik böhranı ilə üzləşən İsrail ABŞ-ni Yaxın Şərq regionunda irimiqyaslı müharibəyə sürükləməyə çalışır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın Türkmənistandakı səfiri Əli Müctəba Ruzbehani bəyan edib.
"Misilsiz təhlükəsizlik böhranı ilə üzləşən, ABŞ-nin hədsiz zəifliyini və strateji passivliyini dərk edən sionist rejimi (İsrail) pərdəarxası təhlükəli oyun aparır. Bu rejimin rəhbərliyi Vaşinqtonu daim qızışdırmaqla, yalan məlumatlar yaymaqla və təhdidləri şişirtməklə Birləşmiş Ştatları regionda irimiqyaslı müharibəyə sürükləməyə çalışır", — deyə Ruzbehani İranın Aşqabaddakı səfirliyi tərəfindən yayılan materialda qeyd edib.
Səfirin fikrincə, İsrailin bu strategiyasının əsas məqsədi özünün təcavüzkar siyasətinin ağır nəticələrindən qaçmaqdır. "Onlar İranla qarşıdurmanın gətirdiyi insani, maddi və reputasiya itkilərini tamamilə Vaşinqtonun müdafiə qalxanı arxasında gizlənərək amerikalı əsgərlərin və vergi ödəyicilərinin çiyinlərinə yıxmağa can atırlar", — deyə diplomat hesab edir.
Məryəm Quliyeva