“FLYONE” Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşlara başlayıb
Türkiyə "S-400" məsələsi ilə bağlı işlərin davam etdiyini bildirib
“Bu, Britaniyanın Avropa İttifaqına geri qayıtması anlamına gəlmir”
“London və Brüssel arasında tərəfdaşlığın əhatə dairəsi genişlənir”
Dövlət Agentliyi: Dənizçilərimizi müharibə zonalarından uzaq durmağa çağırırıq
13:54
511
“Böyük Britaniyanın Ukraynaya dəstək məqsədilə Avropa İttifaqının müdafiə maliyyələşdirmə mexanizmləri ilə daha sıx əməkdaşlığa başlaması Brexitdən sonra London–Brüssel münasibətlərində yeni mərhələnin formalaşdığını göstərən mühüm siyasi addımlardan biridir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva bildirib.
Politoloq vurğulayıb ki, bu, Britaniyanın Avropa İttifaqına geri qayıtması anlamına gəlmir, əksinə, tərəflərin ortaq təhlükəsizlik maraqları naminə praqmatik əməkdaşlıq modelinə üstünlük verdiyini nümayiş etdirir: “Ukrayna müharibəsi Avropanın təhlükəsizlik arxitekturasını dəyişdirdiyi üçün London və Brüssel arasında müdafiə sahəsində koordinasiya əvvəlkindən daha vacib hesab olunur”.
Onun sözlərinə görə, bununla yanaşı, bu yaxınlaşmanın əsas hərəkətverici qüvvəsi Rusiyadan qaynaqlanan təhlükəsizlik riskləridir: “Tərəflər iqtisadi və siyasi məsələlərdə müəyyən fikir ayrılıqlarını qoruyub saxlasalar da, müdafiə və hərbi sənaye sahəsində əməkdaşlığın genişlənməsi gələcəkdə digər strateji istiqamətlərdə də dialoqun dərinləşməsinə zəmin yarada bilər. Bu baxımdan, söhbət Brexit qərarının yenidən nəzərdən keçirilməsindən deyil, dəyişən geosiyasi şəraitə uyğun olaraq Britaniya ilə Avropa İttifaqı arasında daha çevik və funksional tərəfdaşlıq modelinin formalaşmasından gedir”.
Röya İsrafilova