12:32
518
Ukrayna üçün gələcək təhlükəsizlik zəmanətləri barədə müzakirə olunan məsələ kontekstində Ankara bu işin hərbi-dəniz komponentinə rəhbərlik etməyə razılıq verib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
"Əvvəllər Türkiyənin sülh yolu ilə nizamlanmaya potensial olaraq necə töhfə verə biləcəyi məsələsi qaldırılmışdı. Hazırda potensial sülh sazişinin ən mühüm aspektlərindən biri — Ukrayna üçün təhlükəsizlik zəmanətləri müzakirə olunur. Bu zəmanətlərə quru, dəniz və hava elementləri daxildir. Türkiyə hərbi-dəniz komponentinə rəhbərlik etməyə razılaşıb. Bu məsələdə müttəfiqlərimizlə aramızda qarşılıqlı anlaşma var. Müvafiq müttəfiq hərbi-dəniz qüvvələri ilə də bu istiqamətdə planlı işlər aparılır", — deyə o, Kiyevdə ukraynalı həmkarı Andriy Sibiha ilə keçirdiyi birgə mətbuat konfransında bildirib. Mətbuat konfransı Türkiyə XİN-in sosial şəbəkə hesablarında canlı yayımlanıb.
Məryəm Quliyeva