“FLYONE” Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşlara başlayıb
Türkiyə "S-400" məsələsi ilə bağlı işlərin davam etdiyini bildirib
“Bu, Britaniyanın Avropa İttifaqına geri qayıtması anlamına gəlmir”
“London və Brüssel arasında tərəfdaşlığın əhatə dairəsi genişlənir”
Dövlət Agentliyi: Dənizçilərimizi müharibə zonalarından uzaq durmağa çağırırıq
12:35
1 211
Moldova 2030-cu ilə qədər Avropa İttifaqına (Aİ) üzv olmağa çalışır, buna görə də yay sonuna qədər Brüssellə bütün danışıqlar klasterlərini açmağa cəhd edəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ölkə parlamentinin spikeri, hakim Fəaliyyət və Həmrəylik Partiyasının (FHP) lideri İqor Qrosu bəyan edib.
2025-ci ildə keçirilən parlament seçkilərində Prezident Maya Sandu və onun rəhbərlik etdiyi hakim Fəaliyyət və Həmrəylik Partiyası Moldovanın 2028-ci ilə qədər Aİ-yə daxil olacağını vəd etmişdilər, hərçənd daha əvvəl hədəf məhz 2030-cu il olaraq müəyyənləşdirilmişdi. FHP-nin son proqramında isə üzvlük müddəti qeyri-müəyyən vaxta sürüşdürülüb.
"Biz avropalı tərəfdaşlarımızı bu yayın sonuna qədər danışıqların hər altı klasterinin açılmasına layiq olduğumuza inandırmağa davam edirik. Sanki bütün klasterlərin açılması ilə bağlı rəsmi siyasi qərar artıq mövcudmuş kimi şərtləri yerinə yetirməyə və qanunlar qəbul etməyə davam edirik", — deyə Qrosu "Moldova 1" telekanalının efirində bildirib.
Onun sözlərinə görə, Moldova "Avropa İttifaqı ilə danışıqları 2028-ci ildə başa vurmalıdır ki, 2030-cu ilə qədər birliyin üzvü ola bilsin". Qrosu qeyd edib ki, respublika daha dörd danışıqlar klasterini açmalıdır və Kişinyov artıq bu proseslərə texniki hazırlıqlara başlayıb. Aİ-yə qəbulla bağlı danışıqlar üzvlüklə bağlı təminat vermir və heç bir konkret müddət təyin etmir. Belə ki, yaxın gələcəkdə üzvlüyü gözlənilməyən Türkiyə Avropa İttifaqına daxil olmaq barədə danışıqlara hələ 2005-ci ildə başlayıb.
Məryəm Quliyeva