“FLYONE” Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşlara başlayıb
Türkiyə "S-400" məsələsi ilə bağlı işlərin davam etdiyini bildirib
“Bu, Britaniyanın Avropa İttifaqına geri qayıtması anlamına gəlmir”
“London və Brüssel arasında tərəfdaşlığın əhatə dairəsi genişlənir”
Dövlət Agentliyi: Dənizçilərimizi müharibə zonalarından uzaq durmağa çağırırıq
13:24
651
Son dövrlər sosial media platformalarında və müxtəlif internet resurslarında “AzerGold” QSC-nin adından istifadə edilməklə saxta investisiya və reklam kampaniyalarının təşkili hallarının yenidən aktivləşdiyi müşahidə olunur.
“Azergold”dan xalqcebhesi.az-a verilən məlumata görə, bu kampaniyaların əsas məqsədi vətəndaşların dövlət şirkətinə olan etibarından sui-istifadə etməklə onların maliyyə və şəxsi məlumatlarını ələ keçirmək, eləcə də maliyyə vəsaitlərini mənimsəməkdir. Bu cür fəaliyyətlər fişinq xarakterli kiberdələduzluq hücumlarının tərkib hissəsidir.
Məlumata görə, kiberdələduzlar “AzerGold” QSC-ni guya yüksək gəlir vəd edən investisiya layihələrinin təşkilatçısı kimi təqdim edir, şirkətin korporativ üslubundan, loqosundan və rəhbər şəxslərinin görüntülərindən qanunsuz istifadə edir, həmçinin rəsmi internet səhifəsini təqlid edən saxta veb-saytlara və keçidlərə yönləndirirlər. Bəzi hallarda vətəndaşlarla xarici ölkələrə məxsus telefon nömrələri və ya mesajlaşma tətbiqləri vasitəsilə əlaqə saxlanılaraq onlardan bank kartı rekvizitləri, şəxsiyyət vəsiqəsi məlumatları, birdəfəlik təsdiq kodları və digər məxfi məlumatlar tələb edilir.
“AzerGold” QSC bildirir ki, şirkət sosial şəbəkələr və ya digər qeyri-rəsmi platformalar vasitəsilə investisiya cəlb etmir, vətəndaşlardan maliyyə və ya bank məlumatları tələb etmir və bu cür saxta kampaniyalarla heç bir əlaqəsi yoxdur.
"Bütün bunlar nəzərə alınaraq, vətəndaşlara “AzerGold” QSC-nin fəaliyyəti ilə bağlı məlumatları yalnız şirkətin rəsmi informasiya resurslarından, həmçinin etibarlı mənbələrdən almağı, dələduzluq məqsədi daşıyan bu cür hallarla qarşılaşdıqda şübhəli keçidlərə daxil olmamağı, fərdi və maliyyə məlumatlarını paylaşmamağı, dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə edirik", - məlumatda qeyd olunur.

