Türkiyə "S-400" məsələsi ilə bağlı işlərin davam etdiyini bildirib Gündəm

Türkiyə "S-400" məsələsi ilə bağlı işlərin davam etdiyini bildirib

Türkiyə Milli Müdafiə Nazirliyi Rusiyadan alınan "S-400" zenit-raket kompleksləri (ZRK) mövzusunda müəyyən işlərin davam etdiyini bildirsə də, bunun məhz hansı işlər olduğunu dəqiqləşdirməyib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə nazirliyin nümayəndəsi Ankarada jurnalistlər üçün keçirilən brifinqdə bəyan edib.

"S-400 hava və raketdən müdafiə sistemi ilə bağlı işlər çoxtərəfli rejimdə davam edir. Konkret hadisələr barədə proseslər inkişaf etdikcə ictimaiyyətə məlumat veriləcək", - deyib. Nazirlikdən bu cür işlərin altında məhz nəyin nəzərdə tutulduğu barədə heç bir izahat verilməyib.

Hökumətyönlü Türkiyə qəzeti "Hürriyet" ötən həftə əldə etdiyi məlumatlara istinadən xəbər verib ki, "S-400"-lər Fars körfəzi ölkələrindən birinə təkrar satılıb. Ən potensial alıcılar arasında BƏƏ və Qətərin adları çəkilib. Türkiyə hakimiyyəti bu məlumatı rəsmi olaraq təsdiqləməyib.

Məryəm Quliyeva