Trampın çağırışları: pərdəarxası məqamlar və dünyanı nə təhdid edir? Siyasət

Trampın çağırışları: pərdəarxası məqamlar və dünyanı nə təhdid edir?

Hamının maraqla gözlədiyi BMT-nin sessiyasında ən maraqlı məqamlardan biri ABŞ prezidenti Donald Trampın çıxışı oldu.
Trampın çıxışında müzakirəyə çevrilən əsas məqamlar əslində dünyanın geosiyasi mənzərəsini ortaya qoyur: “Azad dünya milli təməllər üzərində qurulur. Kimsə onu silməyə və dəyişdirməyə cəhd etməməmlidir. Ətrafa və bu möhtəşəm planetə baxdıqda həqiqət aydın görünür. Azadlıq istəyirsinizsə ölkənizlə fəxr edin, demokratiya istəyirsinizsə suverenliyinizi qoruyun, sülh istəyirsinizsə millətinizi sevin. Müdrik rəhbərlər hər zaman öz xalqlarını və ölkələrinin mənafeyini birinci yerdə tuturlar. Gələcək qlobalçılara aid deyil. Gələcək vətənpərvərlərə aiddir. Gələcək vətəndaşlarını qoruyan, qonşularına hörmət edən, hər bir ölkəni xüsusilə bənzərsiz edən fərqlilikləri qoruyan suveren və müstəqil millətlərə məxsusdur”.
Milli təməlləri kim silməyə çalışır?
Aydın görünən həqiqət nədir?
Azadlıq, demokratiya və sülh çağırışının anlamı nədir?
Müdrik rəhbərlər nəyə işarədir?
Qlobalçılar kimdir, vətənpərvər anlayışını necə başa düşək və gələcəyimiz təhdid olunurmu?
Fərqliliklərin aradan qaldırılması təhlükəsi varmı?

Trampın çağırışını necə anlayaq?

Əvvəlcə qeyd edək ki, ABŞ dünyanın geosiyası proseslərin mərkəzində yer alan və ciddi təsir rıçarqlarına malik olan dövlətlərdəndir və bu dövlətin liderinin çxışları da geosiyasi mənzərəni özündə əks etdirir. Amma bu çıxışları anlamaq üçün pərdəarxası məqamları bilməyimiz vacib şərtdir, əks təqdirdə Trampın nə dediyini tam olaraq anlamaq mümkün deyil.
Dünyanın geosiyasi mənzərəsini anlamaq üçün isə qlobal maliyyə sistemi və ABŞ dövlətinin real vəziyyəti haqqında az çox təsəvvürə malik olmalıyıq. Çünki dünyanın geosiyasi və geoiqtisadi mənzərəsini müəyyənləşdirən dövlətlər və liderlər deyil, qlobal maliyyə sistemidir. ABŞ isə həmişə maliyyə sisteminin müəyyənləşdirdiyi gesoiyasi planları icra edən bir vasitə rolunda çıxış edib.

Bir sıra eksperlərin səsələndirdiyi kimi Tramp qeyri ciddi insan deyil. Trampın səsləndirdiyi bəyanatların qeyri ciddi xarakter alması isə ABŞ-ın dövlət formasına bağlı olan məsələdir. Məsələn, biz dünya ictimaiyyəti kimi yanlış olaraq ABŞ-ı vahid mərkəzdən idarə olunan dövlət, FED-i isə Amerikanın Mərkəzi Bankı kimi təsəvvür etmişik. Amma əslində həqiqət tamamilə fərqlidir. FED-in Amerikanın Mərkəzi Bankı olması formal statusdu. Əslində isə FED müstəqil qurumdur və dünya iqtisadiyyatına yön verən təşkilatdır. Amerika isə ən azı 4 “Amerika”dan ibarətdir. Bunun başında FED, Pentaqon+silah sənayesi, Ağ Ev və Konqres dayanır. Bir sıra dünya ekspertləri Mərkəzi Kəşfiyyat İdarəsinin də qərarların qəbulunda ciddi rol oynadığını bildirirlər.
FED-in sahibləri, eyni zamanda, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və Dünya Ticarət Təşkilatı kimi qurumların da sahibidirlər.
Trampın açıqlalamalarının həyata keçməməsi və icra edilməməsi, bunun nəticəsində də qeyri ciddi imicin formalaşmasının da səbəbi ABŞ-ı idarə edən qurumların arasındakı problemlərlə bağlıdır.
Məsələn, FED-i Amerikanın maraqları deyil, öz maraqları düşündürür. Pentaqon müharibələrin davam etməsində maraqlıdır. Yevangelistlərin, sionistlərin və silah sənayesinin dəstəyi ilə hakimiyyətə gələn Tramp administrasiyası isə hələ ki, Ağ Evi yetəri qədər təsirli mexanizmə çevirə bilmir. Məsələn, Trampın Amerika ordusunu Suriyadan çıxaracağı ilə bağlı açıqlamasından dərhal sonra Pentaqonun bunu təkzib etməsi misalını göstərə bilərik. Buradan o anlaşılır ki, Trampın bir sıra açıqlamaları da beynəlxalq ictimaiyyət üçün deyil, daxilə hesablanır.
Bir sıra dövlətlər də Vaşinqtonla əməkdaşlığını Amerikanın daxili vəziyyəti baxımından müəyyənləşdirirlər. Belə ki, Türkiyə yalnız Tramp Administrasiyası ilə əməkdaşlıq edir və iki dövlət arasındakı münasibətlərin qorunub saxlanmasında bu kanala ümidlidir. Eyni zamanda, Tramp da Türkiyə ilə əməkdaşlıqda maraqlıdır. Pentaqon isə əksinə, Türkiyəni bölməyə çalışır, terrorçulara hər cür dəstək verir və Yaxın Şərqdə yeni dövlətlər qurmaq planlarından geri çəkilmir.
Digər tərəfdən Amerikanın dini inanc sistemi də proses yaradan və dünya siyasətinə təsir edəcək planlar həyata keçirməyə çalışan gücdür. Bu xristianlığın protestantlıq məzhəbinə bağlı və Amerika səçkisində 30 faiz səs potensialına sahib olan yevangelist təriqətidir. Vitse prezident Mayk Pensin “mən yevangelistəm” ifadəsi və vaxtilə Türkiyədə həbs olunmuş yevangelist keşiş Bransona görə Türkiyəni açıq təhdid etməsi, iqtisadi sanksiyalar nəticəsində lirənin kəskin ucuzlaşması mənzərəni aydınladır. Türkiyə prezidenti Ərdoğanın silah sənayesinin kadrı olan və Ağ Evdə bəyənilməyən ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu qapıdan qaytarması və bunun üstündən çox keçməmiş Boltonun istefaya göndərilməsi sizcə təsadüfi idimi?

Xaos reallaşdırılacaqmı?

Yevangelistlərə görə, Allah onları üstün yaradıb və onlar dünyaya tam olaraq hakim olacaqlar. Bunun üçün isə dünya xaos mərhələsindən keçməli və qiyamət baş verməlidir. Bu inanca görə, qiyamət insanların əli ilə baş verəcək. Bundan sonra İsa Məsih zühur edəcək və yevangelistlər dünyaya tam olaraq hakim olacaqlar. Bundan sonra isə sionistlər “vəd edilmiş” torpaqları əldə edəcəklər, paytaxtı Qüds olan böyük İsrail qurulacaq. Sionizmə dəstək verməyən yəhudilər məhv olacaq, böyük İsraili isə Allahın seçdiyi yəhudilər (sionistlər) quracaq. Trampın yevangelist və sionist ittifaqının və silah sənayesinin dəstəyi ilə seçkidə FED-ə qalib gələrək prezident seçildi. Növbəti seçkidə bu ittifaqların dəstəyini almaq məcburiyyətindədir. Bunun üçün Mayk Pens başda olmaqla yevangelistlərin və sionistlərin basqısı ilə Qüdsü İsrailin paytaxtı elan etdi. Silah sənayesinin basqısı nəticəsində ordunu Suriyadan çıxara bilmədi və s.
Bütün bu proseslər isə FED başda olmaqla dünyanın finans sistemini təhdid edir. Bu səbəbdən də qlobalçılar alternativ güc mərkəzləri, alternativ maliyyə sistemləri formalaşdırmaqda qərarlıdırlar. FED-in və digər qlobal maliyyə qurumlarının başında dayanan isim Rotşild ailəsidir. Rotşildlərin dəstəyi ilə Çin supergücə çevrilir, dünyanın iqtisadi mənzərəsini formalaşdıracaq Böyük İpək Yolu layihəsi reallaşdırılır.
Bu isə Vaşinqton üçün müsbət gələcək vəd etmir. Təbii ki, bununla barışmayan Vaşinqton ağlasığmaz tədbirlərə əl atır.
Bəs necə oldu ki, beynəlxalq hüququ ayaqlar altına alan, digər dövlətlərin ərazi bütövlüyünü, suverenliyini heçə sayan və tarixdə dövlət adına ləkə olan prosesləri həyata keçirən ABŞ kimi dövlətin prezidenti Tramp suverenlik, vətənpərvərlik və digər xoş təəssürat yradan çıxışlar etmək məcburiyyətində qaldı?

Milli təməllər nədir və bu anlayışı kim məhv edir?

Trampın səsləndirdiyi milli təməllər dövlətçilik anlayışıdır. Yəni dünyanı maliyyə sistemi deyil, dövlətlər idarə etməlidir. FED müstəqil qurum yox, ABŞ hökumətinə tabe olan quruluşa çevrilməlidir. Bununla bağlı Tramp dəfələrlə açıqlama verib. Yenicə hakimiyyətə gələndə “ABŞ yeni milli valyutasını yarada bilər”, “FED çox müstəqildir, bu Amerikanın maraqlarına uyğun deyil və bizə zərər verir”, “Mənim ən böyük düşmənim FED-dir” kimi açıqlamalar verməklə savaşın mahiyyətini ortaya qoymuşdu. Yəni yevangelist-sionist ittifaqının səsi ilə hakimiyyətə gələn Trampın həyata keçirdiyi strategiya qlobalçıların maraqlarına uyğun deyildi və savaş qaçılmaz idi.
Trampın çıxışının mahiyyəti bir daha onu deməyə əsas verir ki, Ağ Ev administrasiyasının əsas rəqibləri Rusiya və dövlət olaraq Çin deyil, qlobalçılar – dünyanın maliyyə sistemidir.
Təbii ki, Trampın səsləndirdiyi fikirlər birmənalı olaraq həqiqətdir və hər birimizin həyatını, düşüncəsini, gələcəyini, dövlətçilik anlayışımızı, milli mənəvi dəyərlərimizi təhdid edən faktorlardır.
Trampın ifadə etdiyi “aydın görünən həqiqət” budur.

Pulun köləsinə çevrilən toplum formalaşdırılacaq

Xatırladaq ki, hazırda Amerikanın illik 800 milyard dollar büdcə kəsiri var. Diqqət çəkən məqamlardan biri Tramp hakimiyyətə gələndən sonra Amerikanın borcunun ilbəil artmağa başlamasıdır. Bundan başqa dünyanın yeni sistemə keçməsi ilə bağlı proseslərin sürətləndirilməsi, bitkoinin, virtual pul sisteminin reallaşdırlması kimi addımlar yeni dünya düzəninin astanasında olduğumuza işarədir...Yeni dünya düzəni isə “tək dünya dövləti və yeni insan modeli” prinsiplərinə əsaslanan texnoloji inqilablarla müşahidə olunan bir mərhələdir və çox ciddi araşdırmaya ehtiyac duyulan mövzudur.
Tramp haqlı olaraq hesab edir ki, qalobalçıların müəyyənləşdirdiyi dünyada hər şeyi pul idarə edəcək, fərdlərin bütün prioritetləri pul olacaq və pulun köləsinə çevrilən toplum formalaşdırılacaq. Bununla da millətlər, dinlər sıradan çıxarılmaqla dünya əhalisi yeknəsəq həyata sürüklənəcək, nəticədə millətlərin azadlığı, insanların düşüncəsi, dəyərləri, dövlətlərin suverenliyi əlindən alınacaq. Pulun köləsi isə eyni zamanda pulun sahibinin – qlobalçıların köləsi olmaq deməkdir.
Prosesləri izləsək, yeni texnoloji inqilablara baxsaq bunu çox aydın şəkildə görə bilərik...
Təbii ki, ədalətin, beynəlxalq hüququn, ərazi bütövlüyünə hörmət anlayışının dövlətlərarası münasibətlər sistemində həlledici amilə çevrilməsi və maliyyə sisteminə əsaslanan hörümçək torundan xilas olmaq hər bir dövlətin, hər bir insanın arzusu ola bilər. Tramp açıq deyir ki, bu savaşda qlobalçıların yanında deyil, Amerikanın yanında olun, mənə dəstək verin və dövlətlərin idarə etdiyi dünya düzəni quraq. Amma məsələnin digər tərəfi də var. Bu nə dərəcədə realdır? Dövlətlər buna hazırdırlarmı? Bu çağırışı dünyada terror təşkilatlarını yaratmaqda, maliyyələşdirməkə, idarə etməkdə ad çıxaran, dövlətlərə hər cür təzyiq vasitəsindən istifadə etməklə öz maraqlarını diktə edən, bütün dünya dövlətlərinin özünə təhdid saydığı və hegemoniyasından bezdiyi, güvənsiz tərəfdaş imici qazandırılan dövlətin qeyri ciddi imicli prezidenti edirsə müsbət nəticə gözləmək realdırmı və nə qədər perspektiv vəd edir?

Alternativ axtarışları

Təbii ki, ABŞ hegemoniyasından bezən dövlətlərin alternativlər axtarışında olması təbiidir. Məsələn, Avropa İttifaqının həm də NATO üzvü olan ölkələrinin Amerikaya qarşı Avropa ordusu qurmaq cəhdi və Trampın buna qarşı sərt rekasiyasının üstündən çox keçməyib. Yəni bu amil Rotşildlərin nəzarətində olan Avropa Birliyinin Amerika hegemoniyasından bezməsinin təzahürü idi. Amma nəticədə nə baş verdi? Britaniya baş naziri Teresa Mey hakimiyyətdən getdi, “sarı jiletlilər” təxribatından sonra Makronun reytinqi sıfıra endi, Merkel xəstələndi və növbəti seçkilərə qatılmayacağını açıqladı, Türkiyədə iqtisadi böhrana rəvac verilməklə hökumətə ciddi zərbə endirildi. Bu sıraya Çin, Rusiya və İrana qarşı sanksiyaları da əlavə etmək olar. Təbii ki, bu Amerikanın yeni geosiyasi düzənə qarşı olan dirənişinin nümayişi idi...
Böyük İpək Yolu layihəsi isə Çindən Avropaya qədər bir coğrafiyanı əhatə edir və bura hələ ki 65 ölkə daxildir. Bu isə dünyanın yeni geoiqtisadi mənzərəsi deməkdir və burada ABŞ yoxdur. Təbii ki, bu qlobal layihənin müəllifi də Çini supergücə çevirən və Çinin ixracatının 50 faizdən artığını öz əlində saxlayan, Trampın BMT kürsüsündə qlobalçı dediyi maliyyə sisteminin sahibləridir. Bütün təxribatlara və Amerikanın basıqısına rəğmən maliyyə sistemi alternativlərini formalaşdırmaqda qərarlıdır və dövlətlər bu layihəyə qoşulmaqla həm də öz suverenliklərini qorumaq, iqtisadi dayaqlarını möhkəmlətmək, eyni zamanda gələcək perspektivlərini məüəyyənləşdirmək istəyirlər. Təbii ki, yeni dünya düzənində dövlətləri daha ciddi təhdidlər gözləyir. (Növbəti yazımızda bu mövzuya toxunacağıq) Trampın çağırışı isə bütün təxribatlardan, təzyiq vasitələrindən nicat tapmayan, qlobalçıların əsarətindən qurtula bilməyən və getdikcə uçuruma sürüklənən bir dövlət rəhbərinin çarəsiz çırpıntılarıdır...


Əli Zülfüqaroğlu