AŞ-dən Soçi görüşünə münasibət Siyasət

AŞ-dən Soçi görüşünə münasibət

"Soçi görüşü iki ölkə arasında dialoqun bərpası baxımından müsbət addımdır"

Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə keçirilmiş üçtərəfli görüşü ilə bağlı bəyanat verib. APA-nın AŞ-nin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, T. Yaqland tərəfləri gərginliyi azaltmağa çağırıb.
Baş katibi bildirib ki, qoşunların təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində baş vermiş silahlı insidentlərdən sonra keçirilən görüş iki ölkə arasında dialoqun bərpası baxımından müsbət addımdır: "Mən hər iki tərəfi son günlər xeyli itkilərə səbəb olmuş zorakılıqlara son qoymaq üçün bütün mümkün cəhdləri göstərməyə çağırıram. Mən bu qurbanlardan dərin üzüntümü dilə gətirirəm. Bütün avropalıların yaşamaq hüququnu müdafiə edən Avropa İnsan Haqları Məhkəməsinin üzvü olan ölkələr arasında zorakılıq olmamalıdır".