“3 illik sədrlik müddətində...” Siyasət

“3 illik sədrlik müddətində...”

Fikrət Sadıqov: “120 ölkənin mövqeyinə müəyyən təsirlər göstərə bilərik”

Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının XVIII zirvə görüşü başa çatıb. İki gün davam edən sammit “Bandunq prinsipləri əsasında müasir dünyanın çağırışlarına birgə və adekvat cavabın verilməsi” mövzusunda keçirilib. Sammitdə sədrlik 3 il müddətinə Venesueladan Azərbaycana keçib. Qeyd edək ki, təşkilat 120-dən çox ölkəni özündə birləşdirir.
Ekspertlər sammitə sədrliyin Azərbaycana nə verəcəyini dəyərləndiriblər.
Politoloq Fikrət Sadıqov deyibki, Qoşulmama Hərəkatının meydançasından istifadə edərək və xüsusilə həmsədrlik funksiyasını yerinə yetirərək bir çox məsələlərə aydınlıq gətirə bilərik: “Bu istiqamətdə stabillik, təhlükəsizlik, terrora, ələlxüsus separatizmə qarşı daha qabarıq şəkildə məsələlər ortaya qoya bilərik”.
Politoloq qeyd edib ki, artıq separatizm dünyanı bürüyüb: “Təkcə Cənubi Qafqazda deyil, Avropa və digər qitələrdə də separatizm meyilləri güclənib. Bu baxımdan bununla bağlı məsələləri ortaya qoymalıyıq. Əlbəttə ki, 3 illik sədrlik müddətində Dağlıq Qarabağ məsələsində də 120 ölkənin mövqeyinə müəyyən təsirlər göstərə bilərik. Çünki onlar bizim uzun illər ərzində bu məsələdən əziyyət çəkən ölkə olduğumuzu görməlidirlər. Onların mövqeyi bizim yanaşmamız ilə bir olmalı, üst-üstə düşməlidir, əks halda onları da bir sıra problemlər gözləyə bilər. Sözügedən məsələləri 3 il ərzində aydın və qabarıq şəkildə dünyaya yaymalıyıq ki, bu ölkələr arasında bizim mövqeyimiz bəlli olsun. Biz bundan istifadə edərək öz problemlərimizin həllinə nail olmalıyıq”.
Politoloq Qabil Hüseynli bildirib ki, Qoşulmama Hərəkatı dünyanın BMT-dən sonra ikinci böyük siyasi təşkilatına çevrilib: “Təşkilat dünyada sülhün, əmin manlığın qorunmasına ciddi töhfələr verib”. Azərbaycanın Qoşulmama Təşkilatına 2012-ci ildən üz olduğunu deyən politoloq söyləyib ki, təşkilatın XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi ölkəmizin xarici siyasəti üçün çox böyük bir hadisə oldu.
O bildirib ki, 120 ölkəni sıralarında birləşdirən hərəkatın Bakıda keçilən toplantısında bu ölkələrin rəsmiləri ilə yanaşı, 10-a yaxın beynəlxalq təşkilatın nümayəndələri qatılıb ki, bu da hərəkatın tarixində ən möhtəşəm, həm də dünyanın bu günkü problemlərinə daha çox yer ayıran kofrans oldu: “Bu da əlbəttə ki, Azərbaycanın yüksək təşkilatçılıq işləri, konfrans iştirakçıları üçün normal şəraitin yaradılması, debatların təşkili, ən əsası isə Prezident İlham Əliyevin Zirvə görüşündə çıxışı işin müsbət gedişinə stimul verdi”.
Təşkilata sədrliyin 3 il müddətində Azərbaycana həvalə edildiyini xatırladan Q.Hüseynli deyib ki, təşkilatın ölkəmizdə keçirilən konfransları zamanı qəbul edilən bir sıra qərar və bəyənnamələr çox mühüm əhəmiyyət kəsb edir: “Bakı bəyənnaməsində Dağlıq Qarabağ probleminə ciddi sürətdə vurğu edilir. Sənəddə Azərbaycanın 20 faiz torpaqlarının erməni işğalçıları tərəfindən zəbt olunması vurğulanmaqla yanaşı, bu işğala son qoyulması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi 120 ölkənin nümayəndəsi tərəfindən təsdiq olundu. 120 ölkənin ermənini işğalçı kim tanıması və torpaqlarımızın işğal edildiyinin qəbul edilməsi, ərazi bütövlüyümüzün tələb edilməsi ölkəmizin xarici siyasətinin böyük uğurusu hesab edilə bilər”.
Politoloq qeyd edib ki, Zirvə Görüşünün Bakıda keçirilməsi ilə Azərbaycan beynəlxalq münasibətlərdə, beynəlxalq siyasətdə həm informasiya, həm böyük siyasi diplomatik, həm də problemin həlli ilə bağlı mövqe üstünlüyü qazandı: “Azərbaycanın dünya dövlətlərinə özünün haqq işini çatdırmaq əsasları daha da çoxaldı. Qoşulmama Hərəkatının, eləcə də Bakı bəynnaməsində torpaqlarımızın işğal olunma faktının təsdiqlənməsi ümumilikdə problemin həllinə baxışda çox böyük çevriliş, dəyişiklik yaradır. Belə ki, ikili standartlı ölkələr, Ermənistanın işğalçılıq siyasətini dəstəkləyənlər artıq bundan sonra bir daha düşünməli olacaq, öz siyasi xətlərinə müəyyən korrektələr etmək məcburiyyətində qalacaqlar. 120 ölkənin mövqeyi BMT ilə yanaşı, digər təşkilatların da mövqeyinə təsir edəcək”.
Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı deyib ki, Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündən bir qədər öncə paytaxt Bakı Türk Zirvəsinə ev sahibliyi etmişdi: “Qoşulmama Hərəkatı Zirvəsinin keçirildiyi gün isə KİV-də məlumat yayıldı ki, Azər¬baycan Beynəlxalq Astronavtika Konqresininə ev sahibliyi etmək üçün seçilib. Doğrudur, Bakının evsahibliyi edəcəyi 73-cü Konqres hələ 2022-ci ildə keçiriləcək və heç şüb¬həsiz, o vaxtadək ölkəmizdə müxtəlif janrlı başqa beynəlxalq tədbirlər də düzənlənəcək (necə ki daha öncə də digər tədbirlər düzənlənib) və biz onu demək istəyirik ki, Bakı (ümumən Azərbaycan), necə deyərlər, öz mərkəzi rolunu arasıkəsilmədən davam etdirməkdədir. (Məlumat üçün deyək ki, Beynəlxalq Astro¬navtika Federasiyası hər il qlobal kosmik ictimaiyyəti bir araya toplayaraq, konqreslər təşkil edir. 70-ci Konqres bu il Vaşinqtonda baş tutub. Əlbəttə, Beynəlxalq Konqresə evsahibliyi edəcək ölkə Federasiyanın müəyyən tələblərinə cavab ver¬məlidir. Yalnız onu deyək ki, son illərdə, bu beynəlxalq tədbir 4500-dən çox iştirakçı cəlb edib. Onu da əlavə edək ki, sözügedən Konqresə evsahibliyi etmək üçün finalda 4 namizəd – Azərbaycan (“Azərkosmos”), Hindistan (Hindistan Kosmik Tədqiqat Mərkəzi), Sinqapur (Kosmik və Texnologiya As¬so¬si¬a¬si¬yası), Braziliya (Braziliya Kosmik Agentliyi) olub.
BMT Baş Assambleyasından sonra üzv dövlətlərin sayına görə ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə Görüşü, heç şübhəsiz, yalnız bizim üçün deyil, hətta yalnız üzv ölkələr üçün də deyil, ümumən dünya miqyasında önəmli hadisədir. Hərəkatın yüksək səviyyədə təşkili, Azərbaycan qonaqpərvərliyinin bir daha parlaq təcallası, mənə elə gəlir, Hərəkatın tarixinə unudulmaz günlər bəxş etdi; Hərəkat üzvləri artıq bir “Bakı modeli”ndən danışa, gələcəkdə onu tətbiq edə bilər.
Hərəkata sədrliyin Azərbaycana keçməsi bizimçün daha bir yüksək tribuna, yeni bir bey¬nəlxalq platforma qazandırdı. Azərbaycan Prezidentinin sərliyi bu Hərəkatın rəhbərliyində in¬tellektuallığı, kü¬bar¬lı¬lığı özünəməxsus şəkildə artıracaq, Hərəkata üzv olmayan ölkələrlə, digər qurum və quruluşlarla səviyyəli dialoq, anlaşma, uzlaşma imkanlarını təmin edəcəkdir. “Qo¬şul¬mama Hərəkatı bəşəri dəyərlərin təbliğinə xidmət edir və bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirir.” – Bu, Hə¬rəkatın yeni sədri olan bizim prezi¬den¬tin söz¬ləridir.
Qoşulmama Hərəkatının 120 üzvü var. Respublikamız Qoşulmama Hərəkatına 2011-ci ildə üzv qəbul olunub. Hərəkata üzv olduğumuz 8 il ərzində Azərbaycan beynəlxalq hüququn norma¬larına, prinsiplərinə sadiq olmaqla yanaşı, bu kateqoriyalı beynəlxalq dəyərləri əzmlə mü¬dafiə edib, ona görə də, Azərbaycan Prezidentinin dediyi kimi, böyük nüfuz qazanıb. – “Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur. Bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür. Bunu dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının bizim siyasətimizə verdiyi dəstək kimi qiymətləndirir və bu qərara görə bir daha sizlərə təşəkkürümü bildirirəm”.
Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq. Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əmək¬daşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür.”
Heç kəsə sirr deyil ki, Qoşulmama Hərəkatının Zirvə Görüşü Azərbaycan həqiqətlərini yaymaq, o cümlədən dün¬yanın diqqətini torpaqlarımızın işğalı faktına cəlb etmək baxımından, habelə müxtəlif mə¬sələlərə Azərbaycan dövlətinin münasibətini bir daha açıqlamaq etibarı ilə daha bir imkan idi; dövlətimiz haqlı olaraq, bu imkandan ən universal formada yararlandı. – “Biz beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərimizi artırmalıyıq. Bu baxımdan BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur. Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yol¬verilməzdir”.
O deyib ki, Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı digər təsisatlarla dialoqun qu¬rul¬ması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylər göstə¬rə¬cək: “Qoşulmama Hərəkatına üzv ölkələrin əksəriyyəti inkişaf etməkdə olan ölkələr olduğundan Hərəkat çərçivəsində iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi çox mühümdür. Bu mənada keçən ay Azərbaycanın “77-lər qrupu”na qoşulması sosial-iqtisadi sahədə beynəlxalq miqyasda səylərimizi daha da artırmağa imkan verir. Üzv dövlətlərin maraqlarının BMT çərçivəsində birgə səylərlə müdafiə olunması xüsusi əhəmiyyət kəsb edir.” (İlham Əliyev, Azərbaycan Prezidenti)
Dövlət başçımızın respublikamızın 2005-ci ildən etibarən doxsandan çox ölkəyə humanitar və texniki yardım göstərdiyini deməsi, Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin müxtəlif ölkələrdə yoxsulluğun azaldılması, elm, mədəniyyət, səhiyyə, informasiya texnolo¬giyalarının inkişafı, su resurslarından səmərəli istifadə edilməsi, habelə qrant proqramları və digər sahələrdə layihələr həyata keçirməsini vurğulaması, ölkəmizin malik olduğu maddi və mənəvi resurslar barədə təsəvvürləri gücləndirmiş oldu.
Elə başa düşürəm, bu minvalla biz Qoşulmama Hərəkatı üzvləri arasında həm yeni yatırım ünvanları, həm də ölkəmizə turist axını qazanacağıq.
Heç şübhəsiz, bu qazanımlar, önəmli dərəcədə son 15 il ərzində Azərbaycan iqtisadiyyatı¬nın sürətlə inkişafı sayəsində mümkün olacaq. Bəlli olduğu kimi, cənab İlham Əliyevin prezi¬dentliyi dövründə ÜDM üç dəfədən çox artıb. Ölkəmizə 270 milyard dollardan artıq (!) yatırım qoyulub ki, bunun da yarısı xarici yatırımdır.
Cənab Prezidentin dediyi kimi, “Azərbaycanın müstəqil xarici siyasəti milli maraqlara, ədalətə əsaslanır və bizə çoxlu dostlar qazandırmışdır".
Beləliklə, ölkəmiz daha bir beynəlxalq tədbirdən alnı açıq çıxdı, başarı əldə etdi. Bu, dövlətimizin növbəti uğurudur. Bu, xalqımızın baş ucalığıdır, öz dövlətimizlə qürur duymağı¬mız üçün daha bir əsasdır. Bu, dünya birliyində daha üst mövqelərə keçid üçün zəmindir. Bu, işğalçı Ermənistan hakimiyyətinə Soçi nidası, Aşqabat siyasi şilləsinin ardınca, Bakı yumruğudur və əlbəttə, davamı olacaq”.

Əli