Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
12 Noyabr 2019 18:28
3 794
Qüdrət Həsənquliyev Lavrovun bəyanatını şərh etdi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov növbəti dəfə Ermənistanın maraqlarından çıxış edib.
Xəbər verdiyimiz kimi, Rusiyanın XİN rəhbəri “Hamıya aydındır ki, Dağlıq Qarabağ əhalisinin razılığı olmadan heç bir razılıq əldə etmək mümkün olmayacaq. Ermənistan tərəfi, sadəcə olaraq, bunu imzalamayacaq. Biz məhz bu mövqedən çıxış edirik, – deyə bildirib. Gununsesi.org-a açıqlamasında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, Lavrovun açıqlamasına təəccüblənmək lazım deyil: “Biz hamımız bilirik ki, Rusiya Ermənistanı müdfiə edir və məhz bu səbəbdən, biz torpaqlarımızı azad edə bilmirik. Ona görə zaman-zaman söyləyirəm ki, Qarabağın azadlığı üçün danışıqları Rusiya ilə aparmalıyıq. Ermənistanda hər bir siyasətçi başa düşür ki, Ermənistan özbaşına bu problemi çözmək istəsə, onun liderini Dəmirçiyan və Vazgen Sarkisyan kimi parlamentdə publik edam gözləyir. Ona görə Rusiyanın forpostu olan Ermənistanla danışıqlar vaxt itkisindən başqa bir şey deyil. Nəhayət ki, biz Qarabağ siyasətimizə yenidən baxmalıyıq”.
11 Sentyabr 19:18
791
11 Sentyabr 18:11
805
11 Sentyabr 17:28
847